Müqəddəs İsaak kafedralı
From Wikipedia, the free encyclopedia
Müqəddəs İsaak kafedralı (rəsmi adı — Rahib Dalmasiyalı İsaak kafedralı; rus. Исаакиевский собор, Собор преподобного Исаакия Далматского) — Sankt-Peterburq şəhərinin ən böyük pravoslav kilsəsi. Bina İsaakiyev meydanının tam mərkəzində yerləşir. Kafedral muzey statusuna malikdir. Bununla belə, 1991-ci ilin iyununda qeydiyyata alınmış kilsə icması burada ibadət etmək imkanını əldə etmişdir. Hazırda dini mərasimlər İsaak kafedralında çərşənbə günü istisna olmaqla həftənin bütün digər günləri keçirilir. Kafedral imperator I Pyotr tərəfindən hər zaman əziz tutulan rahib Dalmasiyalı İsaakın şərəfinə müqəddəsləşdirilmişdir, çünki imperatorun özü bu müqəddəs ilə təcəssüm etdirilən tarixdə, yəni yulian təqviminə uyğun olaraq 30 may tarixində anadan olmuşdur. Müqəddəs İsaak kafedralı "dövlət muzey abidəsi" olaraq böyük muzey kompleksinə daxildir.
Rahib Dalmasiyalı İsaak kafedralı | |
---|---|
Собор преподобного Исаакия Далматского | |
59°56′02″ şm. e. 30°18′21″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | İsaakiyev meydanı |
Aidiyyatı | Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyası |
Layihə müəllifi | Ogüst Monferran |
Memar | Ogüst Monferran |
Sifarişçi | I Nikolay |
Tikilmə tarixi | 1819-1858 |
Üslubu | Neoklassik |
Hündürlüyü | 101,5 m |
Uzunluğu |
|
Eni | 97,6 m |
Material | kərpic |
Vəziyyəti | yaxşıdır |
Rəsmi sayt | cathedral.ru |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 7810033000 |
Mühafizə dərəcəsi | Federal |
Vikianbarda əlaqəli mediafayllar |
Kafedral 1818–1858-ci illərdə məşhur fransız memarı Ogüst Monferranın layihəsi əsasında inşa edilmişdir; tikinti işlərinə imperator I Nikolay şəxsən nəzarət edirdi, o dövrün məşhur alman mühəndisi və xəritəçisi Karl Opperman isə inşaat komissiyasına sədrlik edirdi.
30 may (yeni tarixlə 11 iyun) 1858-ci ildə yeni kafedral kilsəsinin təntənəli təqdisetmə mərasimini Novqorod, Sankt-Peterburq, Estlandiya və Finlandiya mitropoliti Qriqori Postnikov həyata keçirmişdir.
Monferranın bu yaradıcılığı, Sankt-Pterburqda Dalmasiyalı İsaakın şərəfinə tikilmiş sayca dördüncü məbəd hesab edilir. Kafedralın ümumi hündürlüyü 101,5 metr, daxili sahəsi isə 4000 m²-dən artıqdır.[1]