Müqəddəs İohann kilsəsi (Tuğ)
Xocavənd rayonunun Tuğ kəndində kilsə From Wikipedia, the free encyclopedia
Xocavənd rayonunun Tuğ kəndində kilsə From Wikipedia, the free encyclopedia
Müqəddəs İohann kilsəsi — Xocavənd rayonunun Tuğ kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]
Müqəddəs İohann kilsəsi | |
---|---|
39°35′07″ şm. e. 46°57′57″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd |
Yerləşir | Tuğ kəndi |
Aidiyyatı | Dizaq məlikliyi |
Əsas tarixlər |
XII əsr- bərpa edilib XVIII əsr - bərpa edilib |
Tikilmə tarixi | III-V əsrlər |
İstinad nöm. | 250-1 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kilsə Tuğ kəndinin mərkəzində yerləşir. Ümumi xüsusiyyətləri və nisbətləri ilə Xocalı rayonunun Çanaqçı kəndindəki kilsəni xatırladır. K. Mkrtçyan kilsənin plan və həcm-məkan kompozisiyası xüsusiyyətlərinə görə erkən bazilikalardan biri olduğunu qeyd edir.[2]
Kilsənin dövrümüzə çatmamış xaç altlığında yerləşdirilmiş kitabədə deyilirdi: “1185-ci ilin (1736-cı il) yayı. Müqəddəs İohann kilsəsinin damı vardapet Qukasın oğlu Məlik Yeqan tərəfindən bərpa etdirilmişdir. Kim oxusa, heç olmasa bir dəfə desin: Allah rəhm elə.”[3]
Abidənin kitabəsini oxuyaraq nəşr etmiş Makar Bərxudaryan qeyd edir ki, bina özü daha qədim tarixə malik olmaqla ən geci XIII əsrdə inşa edilmişdir.[4] Tuğdakı Müqəddəs Stefan kilsəsi kimi bu məbədin də daha qədim dövrə aid məbədin yerində inşa edildiyi müəyyən olunmuşdur.[5] Kilsə apsidasının sağ tərəfində, köməkçi otağın girişinin qarşısında döşəmə səviyyəsindən bir qədər yüksəkdə nəhəng sütun altlıqlarının qalıqları görünür.[5]
Müqəddəs İohann kilsəsi böyük maililiyə malik ərazidə inşa edilmişdir. Kilsənin qərb divarı bütövlükdə qayaya sıxılmış olsa da, şərq divarı tamamilə açıqdır və hətta təməli də görünür.[2] Buna görə də qərb divarında bir, şərq divarında isə üç pəncərə yeri açılmışdır.
Kilsənin yeganə qapısı cənub divarında, daş qala divarları ilə əhatə olunmuş kiçik həyətdən açılır. 12.9x21.7 metr ölçülərə malik zalın tavanı yerli daşlardan hazırlanmış dörd pilona söykənir. Cənub divarının hörgüsündə yaxşı yonulmuş kvadrat formalı daşlar, digər divarlarda isə yarımyonulmuş daşlar istifadə edilmişdir.[5] Tağtavanın yüksəkliyi səbəbiylə damın tərəfləri sərt maililiyə malikdirlər.[5]
Həyətin cənub-şərq tərəfi dairəvi qala bürcü ilə müdafiə olunur. Buradan bütün kənd ərazisinə, həmçinin ətraf bağlar və dağlara gözəl mənzərə açılır.[2] Həyətin cənub tərəfində iki mərtəbəli bina vardır. Binanın ikinci mərtəbəsinin qapısı həyətə açılır, birinci mərtəbəsi isə yalnız həyətdən görünür.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.