Lorraine 37L
From Wikipedia, the free encyclopedia
Lorraine 37L və ya Tracteur Blinde 37L (Lorraine) Fransa Ordusu tərəfindən istifadə edilmiş olan zirehli personal daşıyıcı maşını idi. Fransız ordusunun əsas nəqliyyat vasitələrindən biri hesab edilirdi. 1937-ci ildən 1940-cı ilin may ayına qədər Société Lorraine şirkətində ümumilikdə 387 ədəd texnika istehsal edilmişdir. Onun dizaynı Britaniya istehsalı olan iki nəfərlik Universal Carrier modelinə çox oxşayırdı. Yükgötürmə qabiliyyəti 690 kq-dan 810 kq-a qədər, yerdən hündürlüyü 30 sm (12 düym), yanacaq həcmi 114 l, əməliyyat mənzili 137 km (85 mil), maksimum sürəti isə 35 km/saat (22 mph) təşkil etmişdir.
Lorraine 37L | |
---|---|
Tipi | yüngül tank/tanketka |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1938 |
İstismar edənlər | Fransa, Üçüncü Reyx, Suriya |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Lorraine |
Konstruksiya tarixi | 1936 |
İstehsalçı | Lorraine, Fouga |
İstehsal illəri | Yanvar 1939 - Noyabr 1942 |
İstehsal sayı | 1940-cı ilin iyun ayına qədər 480 ədəd; Ümumilikdə ~ 630 ədəd |
Xüsusiyyətləri | |
Ağırlığı | 6,05 metr (yüklü vəziyyətdə) |
Mühərrik | Delahaye tip 135 6 silindrli inline |
Mühərrik gücü | 70 at gücü |
Uzunluğu | 4,20 m (13 fut 9 düym) |
Eni | 1,57 m (5 fut 2 düym) |
Hündürlüyü | 1,29 m (4 fut 3 düym) |
Ekipaj | 2 |
Vikianbarda əlaqəli mediafayllar |
Fransanı işğal etdikdən sonra faşist Almaniyasının ordusu olan Wehrmacht tərəfindən 300-dən çox maşın qənimət olaraq ələ keçirilmişdir. Bu maşınlar daha sonralar isə Alman istehsalı olan Marder I adlı tank qatillərində istifadə edilmişdir.