From Wikipedia, the free encyclopedia
Lope Milli Parkı — Qabonun mərkəzində yerləşən milli parkdır. Ərazisi əsasən rütubətli meşələrdən ibarət olsa da, parkın şimalında 15 min il əvvəl son Buz dövrü ərzində Mərkəzi Afrikada yaranan savannaların son qalıqları var. 1946-cı ildə Lope-Okanda Vəhşi Təbiət Qoruğu yaradıldığı zaman bura Qabonda ilk qorunan bölgə idi. 2007-ci ildə Lope-Okanda ladşaftı UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə edilmişdir.
Lope Milli Parkı | |
---|---|
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 4910 km2 ha |
Yaradılma tarixi | 2002 |
İdarəetmə orqanı | Milli Parklar üzrə Milli Agentlik |
Yerləşməsi | |
0°30′ c. e. 11°30′ ş. u.HGYO | |
Ölkə | Qabon |
|
|
Rəsmi adı | Ecosystem and Relict Cultural Landscape of Lopé-Okanda |
Tipi | Mədəni və təbii |
Kriteriya | iii, iv, ix, x |
Tarixi | 2007 (31-ci sessiya) |
İstinad nöm. | 1147 |
Ölkə | Qabon |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Parkda Mikonqo adlanan kənddə yerləşən və kəndə uyğun olaraq Mikanqo kimi tanınan, Zooloji Cəmiyyət tərəfindən idarə olunan kiçik bir tədqiqat stansiyası var. Ərazidə turistlərin dincəlməsi üçün infrastruktur mövcuddur. Buraya bir neçə otaq və ən azı beş metr məsafədə olan geniş, açıq hava yemək otağı daxildir.[1] Parkda CEDAMM Tədris Mərkəzi, Vəhşi Təbiəti Qoruma Cəmiyyəti və beynəlxalq qoruma təhsili mərkəzi də fəaliyyət göstərir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.