London pivə seli
Tragikomik faciə / From Wikipedia, the free encyclopedia
London pivə seli (ing. London Beer Flood) — 17 oktyabr 1814-cü ildə[2] İngiltərənin London şəhərinin Sent-Eqidi prixodunda baş vermiş tragikomik faciə. Totenhem-Kort-Roadda[1][3] yerləşən "Meux and Company"[1] pivə zavodunda bir pivə sisternin partlaması nəticəsində 610 m³ pivə ətrafa yayılmış və digər pivə sisternlərinə də domino effekti ilə təsir göstərərək, partlamasına səbəb olmuşdu. Nəticədə isə 1470 m³-dan çox pivə küçələrə dağılmış və ağlasığmaz dağıntılar meydana gətirmişdi. Pivə dalğası iki evi dağıtmışdır. "Tavistock Arms" barının divarını çökməsi nəticəsində Elanor Kuper adlı gənc işçi dağıntılar altında qalmışdır.[4][5]
London pivə seli | |
---|---|
Tarix | 17 oktyabr 1814[1] |
Yeri | Sent-Eqidi, London, Böyük Britaniya |
Koordinatlar | 51°31′00″ şm. e. 00°07′49″ q. u. |
Səbəbi | pivə sisterninin partlaması |
Nəticəsi | Dağıntılar |
Qurbanlar | |
Ölənlərin sayı | 8[1] |
Zədəlilər | naməlum |
Bir neçə dəqiqə ərzində Corc Strit və Nyu-Striti alkaqol basmış, nəticədə bu zaman çay içən ana və qızı ölmüşdürlər.