London Geologiya Cəmiyyəti
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
London Geologiya Cəmiyyəti (ingilis dilində:Geological Society of London или Geological Society) [1] — Böyük Britaniyada yerləşən, Yer kürəsinin tədqiqi məqsədilə yaradılan elmi cəmiyyət. London Geologiya Cəmiyyəti dünyada yaradılan ilk geologiya cəmiyyətidir.
Cəmiyyətin əsas missiyası geoloqlara bir-birilə tanış olmalarına, elmi axtarış cəhdlərinin stimullaşdırılmasına, fikir mübadiləsi yolu ilə geologiya elminin inkişafı sahəsində baş verən yeniliklər və yeni faktlar barəsində məlumatların paylaşılmasına yardım etməkdir [2] .
London Geologiya Cəmiyyəti 1807-ci ildə 13 alimin iştirakı ilə keçirilən yığıncaqda yaradılmışdır. Cəmiyyətin təsisçiləri arasında Uilyam Babinqton, Corc Qrinaf Qemfri Devi və Artur Eykin kimi görkəmli alimlər də var idi. Onlar vaxtaşırı nahara toplaşır və geologiya məsələlərini müzakirə edirdilər.
1825-ci ildə bu cəmiyyət kral IV Georqdan xüsusi imtiyaz almış və rəsmən tanınmışdır.
1839-cu ildə London Geologiya cəmiyyətinin artıq 750 nəfər üzvü var idi. Qadınların bu cəmiyyətə rəsmi şəkildə üzv olmasının qadağan edildiyi bir dövrdə paleontoloq Meri Enninqə xüsusi istisnalıq edilmişdir.
1874-cü ildə Cəmiyyət Londonun Pikadelli küçəsində Byörlinqton-hause iqamətgahında yerləşirdi. Bundan başqa, bu cəmiyyət Böyük Britaniya Elmi Şurasının (Science Council) üzvüdür.
Cəmiyyət il ərzində geologiya sahəsində elmi nailiyyətlərinə görə təltif edir:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.