Lixtenşteyn
From Wikipedia, the free encyclopedia
Lixtenşteyn (alm. Liechtenstein) və ya rəsmi adı ilə Lixtenşteyn Knyazlığı (alm. Fürstentum Liechtenstein) — Mərkəzi Avropanın cənub-qərbində mikrodövlət. Lixtenşteyn Alp dağlarında, Reyn çayının sağ sahilində yerləşir. Şimal və şərqdə Avstriya, cənub və qərbdə İsveçrə ilə həmsərhəddir. Paytaxtı Vaduts şəhəri, ümumi sahəsi 160 kvadrat kilometrdir. Lixtenşteyn knyaz tərəfindən idarə olunan konstitusiyalı monarxiya dövlətidir. Dövlət dili alman dili, danışıq dili isə alman dilinin dialektlərindən biri olan aleman ləhcəsidir. Lixtenşteynin dənizə birbaşa çıxışı yoxdur və Özbəkistanla birlikdə dənizə çıxışı olmayan ölkələrlə əhatə olunmuş nadir dövlətlərdəndir.
Cəld faktlar Tarixi, • Yaranması ...
Lixtenşteyn | |||||
---|---|---|---|---|---|
alm. Fürstentum Liechtenstein | |||||
| |||||
"Für Gott, Fürst und Vaterland" "Tanrı, Şahzadə və Vətən üçün" |
|||||
Himn: azərb. Gənc Reynə qədər |
|||||
Tarixi | |||||
• Yaranması | 23 yanvar 1719 | ||||
• Müstəqillik | 1866 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Vaduts | ||||
İdarəetmə forması | Konstitusiyalı Monarxiya | ||||
Knyaz | II Hans Adam fon Lixtenşteyn(13.11.1989) | ||||
Baş Nazir | Daniel Risch (25.03.2021) | ||||
Sahəsi | Dünyada 219-cu | ||||
• Ümumi | 160 km² | ||||
• Su sahəsi (%) | 2.7 | ||||
Əhalisi | |||||
• Əhali | 37,340[1] nəfər | ||||
• Siyahıyaalma (2014) | 193-cü yer nəf. | ||||
• Sıxlıq | 227 nəf./km² (57-ci) | ||||
Valyuta | İsveçrə frankı | ||||
İnternet domeni | .li | ||||
ISO kodu | LI | ||||
BOK kodu | LIE | ||||
Telefon kodu | +423 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bağla