Litvada İyun üsyanı
From Wikipedia, the free encyclopedia
İyun üsyanı (litvaca: Birželio sukilimas) — Litvada ilk Sovet işğalı ilə 1941-ci ilin iyunun sonlarında baş vermiş nasist işğalı arasında baş vermiş üsyan nəzərdə tutulur.
İyun üsyanı | |||
---|---|---|---|
Barbarossa əməliyyatı | |||
litvaca:Birželio sukilimas | |||
| |||
Tarix | 22–29 iyun 1941-ci il | ||
Yeri | Litva | ||
Səbəbi | Litvalıların Sovet hakimiyyətindən narazılığı və müstəqillik istəyi | ||
Nəticəsi |
Litvanın qələbəsi Sovet İttifaqı ordusunun geri çəkilməsi Litva Müvəqqəti Hökumətinin elan edilməsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Üsyandan təxminən bir il əvvəl, 15 iyun 1940-cı ildə Qızıl Ordu Litvanı ələ keçirdi və litvalılar arasında sevilməyən Litva Sovet Sosialist Respublikasının yaradıldığını elan etdi.[4] Yeni rejim özünə qarşı müxalifəti susdurmaq üçün siyasi repressiyalardan və terrordan istifadə edirdi. 22 iyun 1941-ci ildə Nasist Almaniyasının Sovet İttifaqına hücum etdiyi zaman Litva cəmiyyətinin fərqli təbəqələrindən olan şəxslər bolşevik hakimiyyətinə qarşı üsyana qalxdılar. Üsyançılar dövlət istiqlaliyyətinin yenidən bərpa edildiyini elan edərək qısamüddətli Müvəqqəti Hökumət yaratdılar. Vermaxtın gəlişinə qədər Litvanın iki ən böyük şəhəri olan Kaunas və Vilnüs üsyançıların əlinə keçdi. Bir həftə ərzində alman ordusu bütün Litvaya nəzarət etməyə başladı və buralardan bolşevik ordusunu qovdu. Litvalılar almanları qəddar Sovet hakimiyyətinfən onları xilas edən ordu kimi qarşıladılar. Litvalılar ümid edirdilər ki, almanlar onların müstəqilliyinə toxunmayacaq və ya Slovak Respublikasında olduğu kimi müəyyən muxtariyyət tanıyacaqlar.[5] Reallıqda isə nasistlərdən heç bir dəstək gəlmədi və onlar yavaş-yavaş litvalıların administrasiyasını özünkü ilə dəyişdirdilər. 1941-ci ilin iyulunda Reichskommissariat Ostland[lower-alpha 1] təşkil edildi. Hər hansısa real gücdən yoxsun olan Müvəqqəti Hökumət 5 avqust 1941-ci ildə özünü buraxdı.