Leyli
From Wikipedia, the free encyclopedia
Leyli — bir çox Yaxın Şərq xalqlarının folklorunda yayılmış "Leyli və Məcnun" haqqında dastanların qəhrəmanıdır. Yazılı ədəbiyyatda Leyli obrazı ilk dəfə Nizami Gəncəvi tərəfindən istifadə edilmiş, daha sonra Nizaminin təsiri ilə həmin mövzuda əsərlər yazmış şairlər tərəfindən istifadə olunmuşdur.
Leyli | |
---|---|
| |
Əsər | Leyli və Məcnun |
İlk görünmə | Leyli və Məcnun |
Canlandıranlar |
Kima Məmmədova (Leyli və Məcnun filmində) Gülnarə Sayalıyeva (Nizami filmində) |
Məlumat | |
Cinsi | qadın |
Doğum tarixi | VII əsr |
Yaşayış yeri | Ərəbistan |
Milliyyəti | ərəb |
Leyli həm də, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında yazılmış "Leyli və Məcnun" operasının əsas qəhrəmanlarından biridir. Operada soprano səs olan Leyli rolunun ilk ifaçısı Əbdürrəhman Fərəcov olmuşdur.
Kinematoqrafiyada Leyli obrazını, 1961-ci ildə çəkilmiş Leyli və Məcnun filmində aktrisa Kima Məmmədova, 1982-ci ildə çəkilmiş Nizami filmində isə Gülnarə Sayalıyeva canlandırmışlar.