Cəld faktlar Tarix, Yeri ...
Lesnaya döyüşü
Şimal müharibəsi
Thumb
Tarix 28.09.1708
Yeri Lesnaya kəndi yaxınlığında
Nəticəsi Rusiyanın qələbəsi
Münaqişə tərəfləri

Rusiya

İsveç

Komandan(lar)

I Pyotr

XII Karl

Tərəflərin qüvvəsi

11.500 nəfər (rus)

16.000 nəfər (isveç)

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
    Bağla

    Giriş

    1713-cü ildə I Pyotr Rusiyanın paytaxtını Moskvadan Nevanın sahillərinə köçürdü. Rus ordusu Baltikyanı ərazilərdə irəliləyərək keçmiş rus şəhərləri Yam və Koporyeni İsveç qoşunlarından təmizlədi. Polşada Varşava və Krakovu da ələ keçirən XII Karl II Avqustu sülh bağlamağa məcbur etdi, barışığın şərtlərinə əsasən, II Avqust Polşa taxtını itirərək yanız Saksoniyanı öz əlində saxladı. I Pyotr Rusiyanın sərhədlərinə yaxınlaşan XII Karlın ordusu ilə əsas döyüşə girməyərək düşməni yorub taqətdən salmaq məqsədilə ölkənin içərilərinə çəkilməyə başlayaraq belorus Polesyesində möhkəmləndi.[1]

    Döyüşün gedişi

    1708-ci il sentyabrın 28-də Lesnya kəndi yaxınlığında Pyotr 11500 nəfərlik süvari qoşunu ilə XII Karla silah-sursat, ərzaq gətirərək general Levenqaupt başda olmaqla 16 minlik İsveç qoşunu qarşıladı. Bir neçə saat davam edən döyüşdən pərən-pərən düşən İsveç əsgərlərindən yalnız yeddi min nəfərə yaxını əsas ordu ilə birləşə bildi. I Pyotr Lesnya altındakı qələbəni "Poltava döyüşünün anası" adlandırmışdır.

    Nəticə

    Rus ordusu Lesnya kəndi yaxınlığında isveç qoşununu tam məğlubiyyətə düçar etdi və bu döyüş sonrakı il baş verən Poltava (1709) döyüşünə əsaslı şəkildə təsir etdi.[2]

    İstinadlar

    Xarici keçidlər

    Wikiwand in your browser!

    Seamless Wikipedia browsing. On steroids.

    Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

    Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.