Lermontovo (Krasnodar diyarı)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Lermentovo — Krasnodar diyarının Tuapsinski rayonunda kənd.
Lermontovo | |
---|---|
rus. Лермонтово (Краснодарский край) | |
44°18′14″ şm. e. 38°44′58″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | Krasnodar diyarı |
Rayon | Tuapsinski rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1958 |
Mərkəzin hündürlüyü | 34 m |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 1.122 nəfər (2010) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 86167 |
Poçt indeksi | 352847 |
Vikianbarda əlaqəli mediafayllar |
Kənd Qara dənizin Tenqinski körfəzinin sahilində, Tuapse-Novorossiysk magistral yolunun üzərində yerləşir. Cubqadan 5 km şərqdə, Şapsuxo çayının mənsəbində yerləşir. Lermontovodani çay boyu 4 km yuxarıda Tenqinka kəndi yerləşir.
Şapsuxo çayı ərazidə olan bir çox çaylar kimi bir başa dənizə tökülür. Dağlar arası vadilərlə axan çayların yuxarı axarları öz təbbi formasını qoruyub saxlaya bilib.[1] Lermantovo kəndi dəniz səviyyəsindən 34 metr yüksəklidə yerləşir. İqlimi Aralıq dənizi iqlimidir. Yağıntılar əsasən payız-qış aylarında düşür. Yayı quraq və isti keçir.
1475-ci ildə kəndin yerləşdiyi ərazi digər Şimali Qara dəniz sahilləri kimi Osmanlı İmperiyasının tərkibinə daxil oldu. 1829-cu ildə Adrianpol sülh müaqaviləsindən sonra Rusiya imperiyasının təsir dairəsinə aid oldu. Qafqaz müharibəsi zamanı Şapsuxo aulunun yerində (adıq Шапсыгъэ)[2] Qara dəniz sahil müdafiə xəttinin — Teqinski istehkamı yaradılmışdır.
1854-cü ildə Krım müharibəsi zamanı Novorossiysk bombalandıqdan və Qara dənizdə hökmranlıq edən İngiltərə-Fransız donanmasından açıq təhlükə yarandıqdan sonra Tenqinski istehkamı ləğv edildi.
Müasir kəndi bu ərazidə heç vaxt çatmayan Tenqinski piyada alayının leytenantı, şair Mixail Lermontovun adını daşıyır. Tenginski alayı 1838-ci ildə Şapsuxo çayının mənsəbində tikilmiş Tenginskoye istehkamında qarnizon qurmuşdur.
Kənd Krasnodar diyarının İcraiyyə Komitəsinin 24 sentyabr 1958-ci il tarixli qərarı ilə yaşayış məntəqələri siyahılarında qeydə alınmışdır.
1987-ci il yanvarın 1-nə olan məlumata görə Lermontovo kəndində 605 nəfər yaşayırdı. 2010-cu ilin məlumatına əsasən Lermontovoda əhalinin sayı 1122 nəfərdir.[3]
Kənddə müxtəlif pansionatlar var. Hazırda Lermontovo kifayət qədər inkişaf etmiş kurort ərazisidir. Yayda turistləri Tenqinski körfəzinin qumlu çimərlikləri cəlb edir. Lermontovonun bütün ərazisi yetərincə dəyişdirilib: çoxlu sayda otel və əyləncə kompleksləri, su parkları, sağlamlıq mərkəzləri inşa olunub.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.