From Wikipedia, the free encyclopedia
Langerhans adacıqları (lat. insulae Langerhansi) mədəaltı vəzinin adacıq hissəsi. Pankreasın daxilində yerləşən 0,1-0,3 mm böyüklükdə, açıq sarımtraq rəngdə və oval ya dairə şəklində hüceyrə yığıntısına deyilir. Bu törəmələrin çoxu pankreas quyruğunda təsadüf edilir və rənglərinin açıq olması ilə fərqlənir. Ümumi çəkiləri pankreas çəkisinin 1/1000-ni təşkil edir; əgər pankreasın çəkisi 65 q olarsa o zaman adacıqların ümumi çəkisi 0,65 q olacaqdır. Embrional dövrdə və uşaqlıq yaşlarında adacıqların miqdarı çox olur; 4 yaşından sonra miqdarı azalır. Mədəaltı vəzin təsvir olunan daxili sekresiya hissəsi, yəni adacıqları 1869 cu ildə Langerhans tərəfindən kəşf edilmişdir. İlk dəfə bunları limfouid follikullardan hesab edirdilər; sonralar onların epitel törəmə olduqları aşkar olundu. Adacıqlar insulin adlanan hormon ifraz edir.
Langerhans adacıqları | |
---|---|
Latınca | Insulae pancreaticae |
Sistem | Endokrin |
Üzv | Daxili sekresiya |
Embrional | Onikibarmaq bağırsağın epitelindən (entodermal epiteldən) inkişaf edir. |
Vikianbarda əlaqəli mediafayllar |
Langerhans adacıqları müxtəlif formalı - çoxvəchli, oval və silindrəbənzər hüceyrələrdən təşkil olmuş, nazik birləşdirici toxuma qatları ilə pankreasın ətraf kütləsindən ayrılır. Bu hüceyrələr düzülərək qaraciyərdə olduğu kimiatmalar təşkil edir. Hüceyrələrin protoplazmasında artıq miqdarda dənəciklərə təsadüf edilir; nüvələri böyük, girdə və xromatin ilə zəngindir. Protoplazmada olan dənəciklərin miqdarı hüceyrələrin fəaliyyətindən asılı olur; güman edilir ki, onlar adacıqların məhsulunu təşkil edir.
Bu adacıqlar onikibarmaq bağırsağın epitelindən (entodermal epiteldən) inkişaf edir. Bunların mayaları borucuq şəklində olur və sonradan pankreasın ətraf kütləsindən mezenxim elementləri vasitəsilə ayrılır.
Langerhans adacıqlarına gələn arteriolalar onların kütləsinə daxil olaraq şaxələnir və kapillyar sisteminə keçir. Burada olan kapillyarlar enli və qıvrım olduqları üçün sinisoidlərə (cibciklərə) bənzəyir və divarları yalnız endotel qatdan ibarətdir (birləşdirici toxuma qişası olmur). Kapillyarlar bilavasitə adacıqların hüceyrələrinə söykənir.
Adacıqları innervasiya edən sinir lifləri əvvəlcə xarici (periinsulyar) tor təşkil edir; bu tordan çıxan şaxəciklər adacığın daxilinə girir və daxili (intrainsulyar) tor əmələ gətirərək hüceyrələr arasında tamam olur.
Adacığın ifraz etdiyi hormon insulin adlanır; bu hormon qana daxil olub vücudda karbohidratlar mübadiləsinitənzim edir; qaraciyərdə toplanmış qlikogenin şəkərə çevrilməsini tormozlayır (yalnız normal miqdarda verilməsinə imkan yaradır); odur ki, Langerhans adacıqlarının hipofunksiyasında insulinin miqdarı azalır, nəticədə artıq miqdarda qlikogen xaric olur; bu üsul ilə şəkərli diabet - lat. diabetes mellitus deyilən xəstəlik meydana çıxır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.