![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/12/Palace_of_Mir_Ahmad_khan_6.jpg/640px-Palace_of_Mir_Ahmad_khan_6.jpg&w=640&q=50)
Lənkəran xan sarayı
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Xan sarayı.
Lənkəran xan sarayı — Lənkərandakı Xan evi 1913-cü ildə Talış xanı Mirmustafa xanın şəcərəsindən olan Mir Əhməd xanın sifarişi ilə həyat yoldaşı Tuğra xanımın şərəfinə ucaldılan bina.
Cəld faktlar Ölkə, Şəhər ...
Lənkəran Xan sarayı | |
---|---|
Lənkəran Xan sarayı | |
![]() | |
![]() | |
38°45′15″ şm. e. 48°51′22″ ş. u. | |
Ölkə |
![]() |
Şəhər | Lənkəran |
Yerləşir | Ş.Axundov, 19 |
Aidiyyatı | Talış xanlığı |
Sifarişçi | Mir Əhməd xan |
Tikilmə tarixi | 1913 |
Üslubu | barokko |
Vəziyyəti | Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi yerləşir |
![]() |
Bağla
Lənkəran xan sarayı 1913-cü ildə xan nəslindən olan Mir Əhməd xanın sifarişi ilə Avropadan dəvət olunan memarlar tərəfindən inşa edilmişdir. Burada işlədilən bütün tikinti materialları Bakıdan gəmi ilə gətirilmişdir. Bu möhtəşəm bina Lənkəranda ilk çoxmərtəbəli tikili olmuşdur. Binanın fasadı mifoloji fiqurlarla bəzədilmişdir. Binada hələ inqilabdan əvvəl ilk dəfə elektrik işıqlandırma və istilik sistemi var idi. Hazırda bu möhtəşəm binada Lənkəran şəhəri Tarix Diyarşünaslıq muzeyi yerləşir.