From Wikipedia, the free encyclopedia
Kventin Tarantino — ABŞ kinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur.[lower-alpha 1] Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi. 1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir. Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur. "Quduz köpəklər"in təsir qüvvəsi böyük olduğuna görə, "Empire" kino jurnalı bu filmi "Bütün zamanların ən böyük müstəqil filmi" elan edib.[1][2] Tarantinonun Toni Skottun "Əsl sevgi" (1993) filminə yazdığı ssenari Ən yaxşı ssenariyə görə Saturn mükafatına namizəd olub.[3]
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
1994-cü ildə Kventin Tarantino neonuar janrında "Kriminal qiraət" qara komediya filminin həm ssenaristi, həm də rejissoru kimi çıxış edir. Bu film onun yaradıcılığında tənqidi və kommersiya baxımından ən böyük uğur qazanan iş olur. Kütləvi informasiya vasitələri bu filmin müasir Hollivudun açıqlamasını verdiyini qeyd edirdi. Tarantino bu filminə görə Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatına layiq görüldü və Ən yaxşı rejissor işinə görə Oskar mükafatına namizəd göstərildi.[4] 1994-cü ildə, eləcə də, rejissor Rocer Everinin "Zoeni öldürmək" filminin icraçı prodüseri olur və digər iki film üçün ssenari yazır. Növbəti il Tarantino "Dörd otaq" kinoalmanaxında "Hollivudlu kişi" qısametrajlı filminə rejissorluq edir və "ER" televiziya serialının "Analıq" bölümündə iştirak edir. O, Robert Rodrigesin "Qürubdan şəfəqə" (1996) filminin ssenari müəlliflərindən biri kimi çıxış edir. Onların arasında uzun sürən əməkdaşlıq kult səviyyəyə gəlib çatmış və davamlı şəkil almışdır.[5] Onlar hətta icraçı prodüser kimi də fəaliyyət göstərmişdilər. Tarantinonun növbəti cəsarətli filmləri "Ceki Braun" (1997) və "Billi öldürmək" (2003–2004) kino tənqidçilərinin xüsusi rəğbətinə səbəb olur.[6][7] İki filmdən ibarət olan "Billi öldürmək" döyüş filmi, onu öldürməyə çalışan keçmiş həmkarlarından qisas almaq istəyən qatil haqqındadır.[8]
Kventin Tarantino eləcə də "CSI: Cinayət səhnəsinin istintaqı" televiziya serialının "Ciddi təhlükə" bölümünə rejissorluq edib. Bu fəaliyyəti sayəsində rejissor Dram janrlı teleserialda ən yaxşı ən yaxşı rejissor işinə görə "Emmi" mükafatına namizəd olub.[9] O, Frenk Millet və Robert Rodrigesin "Günahlar şəhəri" (2005) filmində dəvət olunmuş rejissor kimi səhnələrin birinə quruluş verib. Tarantino ilə Rodriges sonralar "Qrayndhaus" (2007) layihəsində birgə əməkdaşlıq etmişlər. O, həmin layihə çərçivəsində "Ölümün sübutu" filmini lentə almışdır. Ardınca rejissor 2009-cu ildə "Şərəfsiz əclaflar" hərbi filmini ərsəyə gətirir. Film düşünülmüş süjet əsasında İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyxin Fransanı işğal etməsindən bəhs edir. Tənqidi və ticari baxımdan uğurlu olan film 82-ci Oskar mükafatının təqdimetmə mərasimində Ən yaxşı rejissor işinə və Ən yaxşı orijinal ssenariyə görə bu mükafata namizəd olub.[10][11] Kventin Tarantinonun ən böyük ticari uğuru 2012-ci ildə çəkdiyi "Azad olunmuş Canqo" vestern filmi ilə əldə edilir. Ekran əsəri bütün dünya üzrə 425.4 milyon $ gəlir gətirir. Bu film ona həm də Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatı qazandırır.[12][13] Bu işlərin ardınca rejissor öz ssenarisi əsasında daha bir uğurlu vestern olan "Çirkin səkkizlik" (2015) filmini çəkir.[14] Filmin ssenarisi həmin il BAFTA və "Qızıl Qlobus" mükafatlarına namizəd olub.[15][16]
Filmin adı | Orijinal adı | İl | Vəzifə | Qeydlər | İstinadlar | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Rejissor | Ssenarist | Prodüser | Aktyor | Rol | |||||
Ən yaxşı dostumun doğum günü | ing. My Best Friend's Birthday | 1987 | Klarens Pul | həmçinin icraçı prodüser; qısametrajlı film | [17] | ||||
Keçmiş gecəyarı | ing. Past Midnight | 1991 | — | əlaqələndirici prodüser | [18] | ||||
Eddi Presli | ing. Eddie Presley | 1992 | xəstəxana bələdçisi | epizod | [19] | ||||
Quduz köpəklər | ing. Reservoir Dogs | 1992 | cənab Braun | [19] [20] | |||||
Əsl sevgi | ing. True Romance | 1993 | — | [21] | |||||
Koriolis effekti | ing. The Coriolis Effect | 1994 | Panhendl Slim (səs) | epizod | [22] | ||||
Kriminal qiraət | ing. Pulp Fiction | 1994 | Cimmi Dimmik | [19] [23] | |||||
Amansız qatillər (film, 1994) | ing. Natural Born Killers | 1994 | — | əhvalat | [24] | ||||
Bu Petdir | ing. It's Pat | 1994 | — | titrlərdə yoxdur | [25] | ||||
Sevmək üçün kimsə | ing. Somebody to Love | 1994 | barmen | [26] | |||||
Mənimlə yat | ing. Sleep with Me | 1994 | Sid | epizod | [27] | ||||
Zoeni öldürmək | ing. Killing Zoe | 1994 | — | icraçı prodüser | [28] | ||||
Sevginin sonunadək mənimlə rəqs et | ing. Dance Me to the End Of Love | 1995 | oğlan | qısametrajlı film | [29] | ||||
Dörd otaq | ing. Four Rooms | 1995 | Çester Raş | "Hollivudlu oğlan" bölümü (ing. The Man from Hollywood); həmçinin icraçı prodüser | [30] | ||||
Fədakar | isp. Desperado | 1995 | lətifə danışan oğlan | epizod | [19] | ||||
Destini radionu qoşur | ing. Destiny Turns on the Radio | 1995 | Conni Destini | [31] | |||||
Qırmızı axın | ing. Crimson Tide | 1995 | — | titrlərdə yoxdur | [29] | ||||
Qaya | ing. The Rock | 1996 | — | titrlərdə yoxdur | [32] | ||||
6 nömrəli qız | ing. Girl 6 | 1996 | baş direktor | [33] | |||||
Qürubdan şəfəqə | ing. From Dusk till Dawn | 1996 | Riçard Gekko | icraçı prodüser | [32] | ||||
Qatı qan | ing. Curdled | 1996 | Riçard (Riçi) Gekko | futaj arxivi | [29] | ||||
Ceki Braun | ing. Jackie Brown | 1997 | avtomatik cavablandırma qurğusundakı səs (səsləndirmə) | icraçı prodüser | [19] [34] | ||||
Tanrı “Ha!” dedi | ing. God Said Ha! | 1998 | — | icraçı prodüser | [29] | ||||
Qürubdan şəfəqə 2: Texasın qanlı pulları | ing. From Dusk Till Dawn 2: Texas Blood Money | 1999 | icraçı prodüser | [29] | |||||
Qürubdan şəfəqə 2: Cəlladın qızı | ing. From Dusk Till Dawn 3: The Hangman's Daughter | 1999 | — | icraçı prodüser | [29] | ||||
Balaca Nikki | ing. Little Nicky | 2000 | kor keşiş | epizod | [19] | ||||
Billi öldürmək 1 | ing. Kill Bill: Volume 1 | 2003 | 88 dəlidən biri | [35] [36] | |||||
Billi öldürmək 2 | ing. Kill Bill: Volume 2 | 2004 | — | [8] | |||||
Mənim adım Təvazökardır | ing. My Name Is Modesty | 2004 | — | icraçı prodüser | [29] | ||||
Günahlar şəhəri | ing. Sin City | 2005 | — | dəvət olunmuş rejissor | [37] | ||||
Mappetsin Oz şəhərinin sehrbazı | ing. The Muppets' Wizard of Oz | 2005 | özü, Kermitin yanındakı şəxs | epizod | [38] | ||||
Doltri Kelhun | ing. Daltry Calhoun | 2005 | — | icraçı prodüser | [29] | ||||
Hostel | ing. Hostel | 2005 | — | icraçı prodüser | [29] | ||||
Azadlığın qəzəbi | ing. Freedom's Fury | 2006 | — | icraçı prodüser köməkçisi | [29] | ||||
Qrayndhaus | ing. Grindhouse | 2007 | barmen Uorren | "Ölümün sübutu" bölümü (ing. Death Proof) həmçinin operator |
[29] [19] [39] | ||||
Sukiyaki Vestern Canqo | ing. Sukiyaki Western Django | 2007 | Pirinqo | epizod | [19] | ||||
Hostel 2 | ing. Hostel: Part II | 2007 | — | icraçı prodüser | [29] | ||||
Qorxu planeti | ing. Planet Terror | 2007 | 1-ci təcavüzkar | [29] | |||||
Ölülərin gündəliyi | ing. Diary of the Dead | 2007 | xəbər aparıcısı (səs) | epizod | [40] | ||||
Cəhənnəm gəzintisi | ing. Hell Ride | 2008 | — | icraçı prodüser | [29] | ||||
Hollivud sakit deyil: Vəhşi, nəql edilməmiş Ozployteyşn! | ing. Not Quite Hollywood: The Wild, Untold Story of Ozploitation! | 2008 | özü | sənədli | [41] | ||||
Şərəfsiz əclaflar | ing. Inglourious Basterds | 2009 | baş dərisi soyulmuş birinci qurban Amerika əsgəri |
İşçi adı: "Xalqın fəxri" (ing. Nation's Pride) |
[19] | ||||
Bütün satışlar üzrə ən böyük film | ing. The Greatest Movie Ever Sold | 2011 | özü | sənədli | [42] | ||||
Azad olunmuş Canqo | ing. Django Unchained | 2012 | LeKint Dikkinin işçisi Böyük Atanın dəstəsinin üzvü |
[19] [36] [43] | |||||
O, bu cür məzəlidir | ing. She's Funny That Way | 2014 | Özü | epizod | [38] | ||||
Çirkin səkkizlik | ing. The Hateful Eight | 2015 | hekayəçi | titrlərdə yoxdur | [36] | ||||
Bir dəfə Hollivudda | ing. Once Upon a Time in Hollywood | 2019 | hekayəçi | titrlərdə yoxdur | [44][45][46] |
Şounun adı | Orijinal adı | İl | Vəzifə | Qeydlər | İstinadlar | |||
---|---|---|---|---|---|---|---|---|
Rejissor | Ssenarist | Aktyor | Rol | |||||
Qızıl qızlar | ing. The Golden Girls | 1988 | Elvis Preslinin imitasiyası | Bölüm: "Sofiyanın toyu (1-ci hissə)" (ing. Sophia's Wedding. Part 1) | [19] | |||
Bütün amerikalı qızlar | ing. All-American Girl | 1995 | Dezmond | Bölüm: "Yüngül sitkom" (ing. Pulp Sitcom) | [38] | |||
Şənbə gecəsinin canlı yayımı | ing. Saturday Night Live | 1995 | ev sahibi | Bölüm: "Kventin Tarantino / Heyranedici balqabaqlar" (ing. Quentin Tarantino / The Smashing Pumpkins) | [47] | |||
Təcili yardım otağı | ing. ER | 1995 | — | Episode: "Analıq" (ing. Motherhood) | [48] | |||
Uydurma ad | ing. Alias | 2002–2004 | Makkenas Koul | 4 bölüm | [38] | |||
Dak Docers | ing. Duck Dodgers | 2005 | Molox (səs) | Bölüm: "Usta və bədbəxtlik / Hər şey cinayətkar ailədə" (ing. Master & Disaster / All in the Crime Family) | [49] | |||
CSI: Cinayət səhnəsinin istintaqı | ing. CSI: Crime Scene Investigation | 2005 | — | Bölüm: "Ciddi təhlükə" (ing. Grave Danger) həmçinin ssenari müəllifi |
[50] | |||
Qürubdan şəfəqə: Serial | ing. From Dusk till Dawn: The Series | 2014 | — | İzah: "Qürubdan şəfəqə filminin əsasında"; Robert Kurtzmanla birgə |
[51] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.