![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/02/Kuib-vodoh-oliv.jpg/640px-Kuib-vodoh-oliv.jpg&w=640&q=50)
Kuybışev su anbarı
From Wikipedia, the free encyclopedia
Kuybışev su anbarı (bəzən Juqulev dənizi adlanır) — Volqa çayının ən böyük su anbarıdır. Bu su anbarı 1955-1957-ci illərdə Juqulev SES-in tikintisi bitəndən sonra Stavropol şəhəri yaxınlığında yaradılmışdır. Sahəsinə görə dünyada üçüncü ən iri su anbarı hesab edilir. Su anbarının adı Kuybışev şəhərinin adından götürülmüşdür. Su anbarının uzunluğu 500 km, ən enli yeri Kama çayı yaxınlığında 40–44 km-dir. Su səthinin sahəsi-6,45 min km²-dir. Suyun ümumi həcmi-58 kv km, bunun 34 kv km-i faydalıdır. Su anbarının iri körfəzləri Kama, Sviya, Kazanka və digər çayların vadilərində formalaşır. Su anbarı Volqanın axımını da dəyişmişdir. Su anbarının tikilişindən sonra burada su əvvəlkinə nisbətən 3-5 gün əvvəl donma, və buzdan daha gec azad edilmə müşahidə edilmişdir.
Kuybaşev su anbarı | |
![]() | |
Kuybaşev su anbarı | |
53° şm. e. 49° ş. u. (T) | |
Ölkə | ![]() |
Yerləşməsi | Tatarıstan, Çuvaşıstan |
Rayon | əyalətləri |
Dəniz səviyyəsi | 53 m |
Uzunluğu | 500 m |
Eni | 40 m |
Sahəsi | 6.450 m² |
Həcmi | 58 m³ |
Orta dərinliyi | 8 m |
Tökülən çaylar | Volqa, Kama,Kazanka |
Axan çaylar | Volqa |