Kuvandık dəhlizi
From Wikipedia, the free encyclopedia
Kuvandık (Quandıq) dəhlizi və ya Orenburq dəhlizi (başq. Ҡыуандыҡ/Ырымбур коридоры, qaz. Қуандық/Орынбор коридоры (дәлізі), rus. Кувандыкский коридор, Оренбургский коридор) — Başqırdıstan ilə Qazaxıstanı ayıran Orenburq vilayətinin Kuvandık (Quandıq) və Qay rayonları üçün işlənilən geosiyasi ifadə.
Bu ifadə akademik olaraq 2013-cü ildə ilk dəfə Pol Qobl iştədib.[1] Onun fikrincə, Başqırdıstannan Qazaxıstanın ümumi sərhədin mövcudluğu Başqırdıstan və başqa İdil Ural respublikaların (Başqırdıstan, Tatarıstan, Mordoviya, Çuvaşıstan, Mari El və Udmurtiya) Rusiya Federasiyasının tərkibindən çıxmağı ilə nəticələnə bilər. Onnan Ukraynalı araşdırmaçı Pavlo Podobed də həmfikirdir.[2] Halbuki, 6 İdel Ural respublikadan heç birində hazırda Rusiya Federasiyasının xarici sərhədlərinə çıxışı olmadığına görə, siyasətşunaslar və tarixçilər onların potensial müstəqillik qazanmasına şübhə ilə yanaşırlar.[3][4][5]