![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/69/345_Gravity_my_Mariupol_2016_03.jpg/640px-345_Gravity_my_Mariupol_2016_03.jpg&w=640&q=50)
Kuinci adına İncəsənət Muzeyi
From Wikipedia, the free encyclopedia
Kuinci adına İncəsənət Muzeyi (ukr. Художній музей імені Куїнджі) – Ukraynanın Mariupol şəhərində yerləşmiş keçmiş incəsənət muzeyi.[1] Mariupol şəhərində anadan olmuş rəssam Arxip Kuincinin həyat və yaradıcılığına həsr olunub. Muzeyin açılışı 30 oktyabr 2010-cu ildə baş tutsa da, onun yaradılması XX əsrdə təklif edilmişdir.
Cəld faktlar Əsası qoyulub, Bağlanıb ...
Kuinci adına İncəsənət Muzeyi | |
---|---|
![]() | |
![]() | |
Əsası qoyulub | 2010 |
Bağlanıb | 21 mart 2022 |
Ölkə | |
Yerləşir | Mariupol |
47°05′33″ şm. e. 37°33′00″ ş. u. |
Bağla
Muzey 21 mart 2022-ci ildə Mariupolun mühasirəsi zamanı hava hücumu nəticəsində dağıdılmışdır. Hava hücumu zamanı Kuincinin üç orijinal əsəri muzeydə olmasa da, digər rəssamların əsərləri var idi.[2]