Krım körpüsü
Körpü From Wikipedia, the free encyclopedia
Körpü From Wikipedia, the free encyclopedia
Krım körpüsü və ya Kerç körpüsü — Kerç boğazından keçən transport körpüsü. Körpü Kerç və Taman yarımadalarını birləşdirir. Körpü həm də Tuzla adası ilə Tuzla dilini birləşdirir[4][5]. Körpü iki paralel hissədən — avtomobil yolundan (A-290) və dəmiryol xəttindən ibarətdir.[6][7][8][9][10] Körpünün ümumi uzunluğu 19 km-dir. Krım körpüsü Rusiya ərazisində tikilən ən uzun körpü hesab olunur. Bəzi mənbələrdə isə körpü Avropanın ən uzun körpüsü hesab olunur.[11]Ancaq nəzərə almaq lazımdır ki, körpünün bir hissəsi mübahisəli Krım ərazisinə daxildir.
Krım körpüsü | |
---|---|
rus. Крымский мост[1][2] | |
45°18′31″ şm. e. 36°30′22″ ş. u.HGYO | |
Keçid | Kerç boğazı |
Yeri | Kerç, Temryuk rayonu, Rusiya, Ukrayna |
Uzunluğu | 19 |
Eni | 23,1[3] |
Hündürlüyü | 35 |
Tikintinin başlanma tarixi | may 2015 |
Tikintinin bitmə tarixi | dekabr 2019 |
Açılışı | 2018 |
Vikianbarda əlaqəli mediafayllar |
Körpünün tikilməsi ideyası Krımın Rusiyaya birləşdirilməsindən sonra meydana gəldi. Ukrayna və Rusiya arasında olan münasibətlərin korlanmasından sonra ruslar Krımın Ukraynadan asılılığını azaltmaq üçün körpü tikintisinə start verdilər. Avtomobil yolu 2018-ci ildə istifadəyə verilsə də, dəmiryol xətti 2019-2020-ci illərdə mərhələli şəkildə istifadəyə verildi.
Körpü iki hissədən ibarətdir — avtomobil və dəmiryol. Körpülər Taman yarımadasından başlayır, Tuzlin dilindən, daha sonra isə Tuzla adasından keçir. Ağ burun burnundan yan keçərək[12] Kerç ərazisində yekunlaşır[13]. Dəmiryol xəttinin uzunluğu digərindən bir az uzundur — 18,1 km. Avtomobil yolunun uzunluğu isə 17 km-dir. Krım körpüsünün eni arka və təhlükəsizlik xəttləri ilə birlikdə 23,1 metrdir[3].
Körpü uzun estakadalar üzərində inşa olunub. 595 dayaqdan ibarət olan estakadaların ümumi çəkisi 260 min tondur. Estakadalar arasında olan məsafə 55-63 metr arasında dəyişir.[14][15] Kerç-Yenikale gəmiçilik kanalı körpünün arkalı hissəsindən keçir. Bu hissənin uzunluğu 227 metrdir. Hündürlüyü 45 metr olan bu ərazinin eni 185 metrdir[16][17][18]
Avtomobil yolu dört zolaqlı olub IB kateqoriyasına aiddir. Körpü üzərində hərəkətin ehtimal olunan sürəti 120 km/saatdır. Faktiki icazə verilən maksimal sürət — 90 km/s[19]. Sutka ərzində avtomobil buraxılışı— 40 mindir[20]. Mövcud sutkalıq rekord 16 avqust 2020-ci ildə qeydə alınıb - 36.393[21].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.