Kotorun təbii, mədəni və tarixi rayonu
Monteneqroda yerləşən və 1979-cu ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilən obyekt From Wikipedia, the free encyclopedia
Monteneqroda yerləşən və 1979-cu ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilən obyekt From Wikipedia, the free encyclopedia
Kotorun təbii, mədəni və tarixi rayonu (mont. Природни и културно-историјски регион Котора) — Monteneqroda yerləşən və 1979-cu ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilən obyekt. Bura köhnə Kotor şəhəri (it. Cattaro), Kotorun müdafiəsi tikililəri və Kotor körfəzinin əhatə edən daxili şəhər ətrafı ərazilər daxildir.
Kotorun təbii, mədəni və tarixi rayonu | |
Ölkə | Monteneqro |
Yerləşməsi | Kotor |
YUNESKO-nun təsvirində qeyd olunduğu kimi, "Orta əsrlərdə, Monteneqronun Adriatik sahilindəki bu təbii liman məşhur bənnaların və ikon rəssamları məktəbləri olan əhəmiyyətli bir sənət və ticarət mərkəzi idi"[1].
Köhnə şəhər Kotor divarları içərisində yerləşir. Yaxşı qorunur və görkəmli binalarla, o cümlədən Müqəddəs Trifon Katolik Katedralı (1166-cı ildə tikilmişdir) ilə bərpa edilmiş orta əsr şəhər mənzərəsinə malikdir.
İstehkamlar orta əsrlər Kotor şəhərini qorumaq üçün müdafiə olunan hərbi qurğular sistemindən ibarətdir. Bunlara Müqəddəs Yəhya dağına qalxacaq qapıları və bünövrələri olan şəhər divarları, Müqəddəs Yoanna qalası (San Giovanni) və dəstəkləyici qurğular daxildir. Bəzi obyektlər Roma və Bizans dövrlərinə aid olsa da, istehkamların əksəriyyəti Venesiya Respublikası dövründə qurulmuşdur; sonralar bəzi dəyişikliklər Avstriyalılar tərəfindən edilmişdir. Qalalar Ümumdünya irsinin əhəmiyyətli bir aspektlərindəndir[2].
Ümumdünya irsi bölgəsinə ətraf dağlar ilə Kotorun (Veriqe boğazının yaxınlığı) daxili körfəzi, həmçinin Risan və Perast şəhərləri daxildir. YUNESKO-nun Ümumdünya irsinin bir hissəsi Müqəddəs Georq (Sveti Đorđe) və Qospa-od-Şrpela (Gospa od Škrpijela) adalarıdır.
15 aprel 1979-cu ildə Monteneqroda baş verən zəlzələ zamanı Kotor çox böyük zərər görür. Bu, Kotorun təbii və mədəni-tarixi bölgəsinin 1979-cu ildə Təhlükədə olan Ümumdünya irsi siyahısına salınmasına səbəb olur. Şəhərin əhəmiyyətli dərəcədə bərpasından sonra obyekt 2003-cü ildə bu siyahıdan çıxarılır.
Bu Ümumdünya irsi müxtəlif çətinliklərlə üzləşir. Eroziya və zəlzələ kimi təbii təhlükələr onun üçün daimi təhlükə yaradır. Ancaq daha kəskin problem insan fəaliyyətinin təsiridir. YUNESKO-nun hesabatında şəhərsalma obyektin qorunması məqsədlərinə uyğun olmadığı qeyd edilir[3].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.