Kostas Mendilorun filmoqrafiyası
From Wikipedia, the free encyclopedia
Kostas Mendilor (Konstantinos "Kostas" Feodosopulos, ing. Constantinos "Costas" Theodosopoulos; yun. Κωνσταντίνος "Κώστας" Θεοδοσόπουλος; d. 3 sentyabr 1965) — yunan-avstraliya əsilli aktyor. O, ən çox Taxta çəpərlər dramına və "Mişar" film seriyasında Mark Hoffman roluna görə tanınır.
Mendilorun ilk əsas rolu 1989-cu ildə Auşvitz həbs düşərgəsində çəkilən Zəfər ruhu filmində avropalı yəhudi Avram Arux roludur. O, rejissor Oliver Stoun ilə görüşmək üçün Los-Ancelesə qayıtdı və müəyyən danışıqlardan sonra 1991-ci ildə çəkilən Dorz filmində italyan rolunu qəbul etdi.[1] Mendilor Qanqsterlər filmində amerikan mafiyası bossu Frenk Kostello rolu ilə baş rolda oynamışdır. Özünü bu rola zehni olaraq hazırlayırdı. Los Angeles Times qəzetinə demişdir:[1]
Mənim bu rolu almağımın əsas səbəbi quldurlar, qanqsterlər haqqında maraqlanmağım, bu janrda çoxlu əsər oxumağımdır. 13 yaşım olanda Melburnda gecə klublarının birində qabyuyan kimi işə götürülmüşdüm və mən burada hər şeyi gördüm: real qanqsterlərlə, yeraltı dünyanın təhlükəli insanlarıyla tanış oldum. |
1992-ci ildə o, CBS-də yayımlanan televiziya dramı "Taxta çəpərlər"də dram 1996-cı ildə bitənə qədər zabit Kenni Lakos rolunu aparmışdır. Mendilor həmçinin "Mişar" film seriyasında baş rolda — Detektiv Mark Hoffman rolunda çəkilmişdir və bu ən uğurlu rollarından biri olmuşdur.