Koreya Xalq Demokratik Respublikası coğrafiyası
From Wikipedia, the free encyclopedia
Koreya Xalq Demokratik Respublikası (KXDR, Şimali Koreya) Şərqi Asiya regionunda, Koreya yarımadasının şimalında yerləşən dövlət. Şimal-şərqdən Rusiya ilə sərhədlənir. İki ölkəni Tumannaya çayı ayırır. Şimal və şimal-qərbdən isə Çinlə sərhədə malikdir. Burada iki ölkə arasında təbii sərhəd rolunu Yaluszyan çayı oynayır. Cənubdan isə Cənubi Koreya ilə sərhədlənir. Olkənin şərq sahillərini Yapon dənizi, qərb sahillərini isə Sarı dəniz yuyur.