Konstantinopolun mühasirəsi və süqutu — 13 aprel 1204-cü ildə səlibçilərin qoşunları tərəfindən Konstantinopol şəhərinin ələ keçirilməsi. Şəhərin süqutu orta əsrlər tarixinin epoxal hadisələrindən biri idi və bütün Avropa üçün geniş nəticələrə səbəb oldu. Şəhər ələ keçirilmədən öncə iki dəfə olduqca gərgin mühasirəsirəyə alınmışdı. 1203-cü və 1204-cü illərin mühasirəsi zamanı Venesiya donanması və Qərbi Avropa (əsasən Fransa) quru ordusu qüvvələrini birləşdirdi.[1] Şəhərin ələ keçirilməsindən sonra 1182-ci ildə yunanların latınların qırğınının bir növ qisası olan yunan pravoslav əhalisinin kütləvi soyğunçuluqları və qətlləri başladı. Mayın 9-da Flandriyalı Bolduin I Bolduin adı ilə yeni imperator elan edildi və Latın imperiyası quruldu. Bu, səlibçilərin işğal etdiyi ərazilərdə silsilə "Latın" dövlətlərin formalaşmasının başlanğıcını qoydu. Lakin buna baxmayaraq, yunan zadəganları səlibçilərə tabe olmadı və mübarizəni davam etdirdi. Bizans əsilzadələri tərəfindən Egey dənizi sahillərində Nikeya imperiyası (1204-1261) yaradıldı və 57 ildən sonra Konstantinopol səlibçilərdən azad olundu.
Cəld faktlar Tarix, Yeri ...
Bağla