Kondisioner
From Wikipedia, the free encyclopedia
Kondinsioner sabit otaq iqliminin yaradılması və saxlanması üçün qurulan məişət texnikasıdır. Onların aşağıdakı hallarda tətbiqi məqsədəuyğun sayılır:
- verilmiş normativ əsasında ətraf mühitin əgər sadə yollarla yaradılması mümkün deyilsə,
- bina daxilində hər hansı bir vaxt müddətində süni iqlimin yaradılması,
- istehsalatda havada optimal higiena şəraitinin yaradılması,
- ictimai və məişət binalarında optimal hava şəraitinin yaradılması.
İnsanlar üçün optimal hava 22 °C və təxminən 50 % rütubətlikdə mövcuddur. İnsanlar yaşayan binalarda kondinsionerlərin tətbiqi üçün maşın və avadanlıqların yerləşdirilməsi üçün şərait yaradılmalıdır.