Kompüter şəbəkəsi
tək bir texnologiya vasitəsilə bir-birlərinə bağlanmış avtonom kompüterlər toplusu / From Wikipedia, the free encyclopedia
Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır:
- kompüterlər;
- kommunikasiya avadanlıqları;
- şəbəkə əməliyyat sistemləri;
- şəbəkə tətbiqləri (network applications);
- əlaqə kanalları.