![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/89/AralSea2008-Kokaral-GreenIsland.png/640px-AralSea2008-Kokaral-GreenIsland.png&w=640&q=50)
Kokaral adası
From Wikipedia, the free encyclopedia
Kokaral[1] və ya Kuqaral (Yaşıl ada) — Qazaxıstanın Qızılorda vilayəti Aralsk rayonu ərazisində yerləşən keçmiş ada.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/89/AralSea2008-Kokaral-GreenIsland.png/320px-AralSea2008-Kokaral-GreenIsland.png)
1973-ci ilə qədər Aral dənizinin şimalında mövcud olan ada. Ada 273 km² (1960) sahəyə malik olmuşdur. Hündürlüyü 163 metrdir (Daut dağı). Gilli-qumlu suxurlardan təşkil olunmuşdur. Üzəri yarımsəhra bitkiləri ilə örtülmüşdür. Şimaldan Şevçenko körfəzi, qərbdən Auzı-Kokaral boğazı, şərqdən Berqa boğazı ilə yuyulur. Şimal sahillərində Kokaral, Avan və Akbastı kəndləri vardır.
1973-1987-ci illər ərzində yarımadada olmuşdur. 1987-ci ildən Kiçik Aral ilə Böyük Aral arasında bərzəxə çevrilmişdir.
2005-ci ildə Berqa boğazı üzərində Kokaral bəndi inşa edilmişdir. Bununla da, Böyük Arala axan suyun qarşısı alınmışdır.