Koşenil yastıcası
həşərat növü / From Wikipedia, the free encyclopedia
Koşenil yastıcası (lat. Dactylopius coccus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinin yastıca cinsinə aid heyvan növü.
Koşenil yastıcası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Pancrustacea Yarımtip: Sinif: Ranqsız: Dicondylia Yarımsinif: Budaq: Metapterygota İnfrasinif: Ranqsız: Eumetabola Ranqsız: Dəstəüstü: Condylognatha Dəstə: Yarımdəstə: Sternorrhyncha İnfradəstə: Coccomorpha Fəsiləüstü: Fəsilə: Cins: Növ: Koşenil yastıcası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xalçaçılıq sənətində istifadə olunan rəngləri almaq üçün müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən cürbəcür həşəratlardan istifadə olunmuşdur. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenil yastıcasıdır. Azərbaycanda xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.
Meksikada (Amerikada) bitən, xüsusilə kaktus bitkisilə çoxalan, boyaq maddəsi olan həşəratdır. İlin müəyyən vaxtlarında koşenildə boyağın daha çox olduğu vaxt onlar səbətə yığılır, dərhal buxarla öldürülür və "gümüşü" adlanan, üzəri boz təbəqə ilə örtülü, yaxşı növ hesab olunan koşenil alınır. Həmçinin dişi koşenillər qaynar suda da öldürülə bilər, lakin bu zaman gümüşüyə nisbətən daha aşağı növ hesab olunan "qara" koşenil alınır.
Koşenilin boyaq maddəsini yun və ipəyi eynilə bitki boyaqları kimi, xüsusilə yüksək bədii türkmən xalçalarında olduğu kimi istifadə olunan çox parlaq, hərarətli rənglərə boyayırlar. Bu maddə ya sərbəst boyaq kimi, ya da boyaqotu ilə birgə işlədilərək parlaqlığı ilə qədim Şərq xalçaları üçün xarakterik olan özünəməxsus çalarlar verir (bunu heç bir digər boyaqlarla almaq olmaz).
Davamlılığına görə koşenilin boyaqotundan geri qalmasına baxmayaraq, ondan bədii xalçaların istehsalında istifadə edilir.
Boyama gücü (koşenilin boyama qabiliyyəti) ortadır, dolğun rəngin alınması üçün ipliyin çəkisinin 20-25%-i qədər koşenil istifadə olunur.