![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/79/Zed-Islands.jpg/640px-Zed-Islands.jpg&w=640&q=50)
Koşava adası
From Wikipedia, the free encyclopedia
Koşava adası — Zed adaları arxipelaq qrupunun ən şərqdəki adasıdır. Ada Antarktidanın Cənubi Şetland adalarında, Varna yarımadasının Livinqston adasının şimal-şərq sahillərində yerləşmişdir. Ada buzlaqlardan azaddır və qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 340 m, eni 220 metrdir.[1] Ada qonşu ada olan Lesidren adasından 140 m, Livinqston adasının Vilyams zirvəsindən isə 1.9 km şimalda yerləşmişdir. Ada MakForlen boğazının qərbində yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur.
Cəld faktlar Ümumi məlumatlar, Uzunluğu ...
Koşava adası | |
---|---|
ing. Koshava Island | |
![]() Miziya zirvəsindən görünən Zed adaları. Koşava adası ən sağdan birincidir. | |
Ümumi məlumatlar | |
Uzunluğu | 340 km |
Eni | 220 km |
Yerləşməsi | |
62°25′59″ c. e. 60°08′11″ q. u. | |
Ölkə |
![]() |
Arxipelaq | |
Bağla
Ada Bolqarıstanın şimal-qərb şəhərlərindən olan Koşavanın adını daşıyır.