From Wikipedia, the free encyclopedia
Klaypeda Dəmiryol Stansiyası (lit. Klaipėdos geležinkelio stotis)- "Lietuvos Geležinkeliai" ("Litva dəmir yolları") şirkəti tərəfindən istismara verilən dəmiryol stansiyasıdır. Litva Dəmiryolu Şirkətinin əsas stansiyalarından biridir. Dəmiryol stansiyası Qərbi Litvada yerləşir. Vağzalın binası Klaypedanın şimal hissəsində yerləşmişdir. Stansiya Klaypeda Dəniz limanın yaxınlığında yerləşir. Liman Litvanın əsas dəniz limanıdır. Dəmiryol stansiyası ilə Belarus, Rusiya və Ukraynadan Litvaya yüklər gətirilir.
Klaypeda Dəmiryol Stansiyası | |
Ölkə | Litva |
Şəhər | Klaypeda |
Tikilmə ili | 1.875 |
İstismar ili | 1.902 |
Platforma sayı | 3 |
Yol sayı | 3 |
Vəziyyəti | Tam işlək |
Kodu: | 108.003 |
Klaypeda Dəmiryol Stansiyası Vikianbarda |
Klaypeda Dəmiryol Vağzalı iki binadan ibarətdir. Birinci bina köhnə dəmiryol vağzalıdır. Klassizim üslubunda tikilən köhnə binanın damı üçbucaq formasındadır. Bina sarı kərpiclə tikilmişdir. Köhnə binanın 1881-ci ildə açılışı olmuşdur. Dəmiryol vağzalının ikinci binası isə 1983-cü ildə inşa edilmişdir. Binanın üzərində dəmiryol stansiyasının genişləndirilməsi zamanı tikilmiş saatı görmək olar. Bina qırmızı kərpic ilə tikilmişdir. Hal-hazırda vağzalın yeni binasında ticarət obyektləri və kafelər yerləşmişdir. Yeni binada həmçinin "Litva Dəmiryolları" şirkətinin baş ofisi yerləşir.
1872–1875-ci illər arasında Sovetsk- Klaypeda dəmiryol xətti tikilmişdir. aStansiya Klaypedada açılmışdır. 1892-ci ildə isə dəmiryol xətti Kretinqaya qədər uzadılmışdır.
Dəmiryol xətti tikintisi zamanı 5 800 000 Prussiya taleri[1] qədər bütün lazımlı vasitələrlə təchiz edilmişdir. Dəmiryolunun birinci vəzifəsi Klaypedadan balığın və ağacların yüklənərək daşınması idi.
2002-ci ildə Klaypeda Dəmiryol Stansiyasında şəhərin yubileyinə həsr olunmuş "Vidalaşma" abidəsi ucaldılmışdır.[2]
Bilavasitə Klaypeda Dəmiryol Stansiyasının yaxınlığında hal-hazırda Klaypeda şəhərinin əhəmiyyətli beynəlxalq avtobus stansiyası yerləşir.
Klaypeda Dəmiryol Stansiyasında 6 dəmiryol relsi fəaliyyər göstərir:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.