Kim Kardaşyan
Amerikan televiziya və sosial media şəxsiyyəti / From Wikipedia, the free encyclopedia
Kimberli Noel Kardaşyan (ing. Kimberly Noel Kardashian; 21 oktyabr 1980[1][2][…], Los-Anceles, Kaliforniya[3]) — amerikalı şou-biznes ulduzu.
Kim Kardaşyan | |
---|---|
ing. Kim Kardashian | |
Doğum adı | Kimberli Noel Kardaşyan |
Doğum tarixi | 21 oktyabr 1980(1980-10-21)[1][2][…] (43 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Partnyorları | |
Atası | Robert Kardaşyan[d] |
Anası | Kris Cenner |
Fəaliyyəti | dəb dizayneri, sosial fiqur[d], model[d], bloger[d], təşəbbüskar, aktrisa, televiziya prodüseri[d], səsləndirmə aktrisası[d], məşhur şəxs, erotik model[d] |
Fəaliyyət illəri | 2007-ci ildən |
Təhsili | |
Boyu | 159 sm |
Çəkisi | 52 kq |
IMDb | ID2578007 |
skknbykim.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ata tərəfindən erməni, ana tərəfindən holland və şotland əsillidir. Daha çox sosial həyatı ilə, original versiyası E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians və Kourtney and Kim Take New York adlı realiti şouları ilə tanınır. Bunlardan başqa istehsalçılıq, mankenlik, stilistlik, SKIMS adlı qadın geyim brendinin sahibi və iş qadını olaraq fəaliyyət göstərir.
Kardaşyan indiyə qədər müxtəlif ətirlər istehsal etmişdir, olduqca məşhur jurnallarda poza verib jurnal baş səhifələrində yer almışdır, qonaq aktrisa və ya münsif olaraq çox sayda televiziya istehsallarında yer almışdır[7], Amerika ABC kanalında yayımlanan Dancing With the Stars[8] (Ulduzlarla Rəqs) adlı televiziya proqramında yarışmışdır. America's Next Top Model (Amerikanın Sonrakı/Yeni Top Modeli — Amerika Top Modelini Axtarır) adlı proqramda qonaq münsif olmuşdur. Karmen Elektra ilə birlikdə Qəribə Film və Vadinin Mələkləri adlı kinoteatr filmlərində, How I Met Your Mother, Beyond the Break, CSI: NY[9] kimi seriallarda rol almışdır. 2010-cu ildə isə kiçik bacıları Kourtni və Kloe ilə Kardashian Konfidential adında avtobioqrafik kitab nəşr etdirmişdir. Bunlardan başqa kiçik bacıları ilə birlikdə D-A-S-H adlı geyim butiki işlədir.[10]
2007-ci ildə Playboy jurnalı üçün çılpaq şəkillər çəkdirmişdir. Kardaşyan 2 may 2008 tarixində "Workout with Kim Kardashian" adlı idman DVD-si çıxartmışdır, daha sonra şəxsi bloqunu açmış və ayaqqabı satışı servisini başlatmışdır. Özünə aid kkw adlı makiyaj markası və skims adlı korset markası var. 2020-ci ilin iyun ayında Kim Kardaşyan, KKW Beauty adlı kosmetika şirkətindəki 20%-lik hissəsini Coty şirkətinə satdı. 200 milyon dollarlıq satışla Kardaşyanın markasının dəyəri 1 milyard oldu.[11]