From Wikipedia, the free encyclopedia
Kim Çen Nam (10 may 1971[1], Pxenyan – 13 fevral 2017[2][1], Sepanq[d], Selanqor[3] və ya Kuala Lumpur[4]) — Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin böyük oğlu. 1994-cü ildən 2001-ci ilə qədər o, atasının varisi olmuşdur.
Kim, Şimali Koreyanın mərhum diktatoru, 2011-ci ildə vəfat etmiş Kim Çen İrin Cənubi Koreya kommunistinin qızı, aktrisa Son Hö Rimlə izdivacında doğulmuş böyük oğludur. Atası Kim İr Sen bu evliliyi qəbul etmədiyindən o ilk əvvəl Son´la bunu sirr olaraq saxlayır və oğlunu məktəbdən uzaqlaşdıraraq onu Son´un böyük bacısının yanında yaşamağa və təhsil almağa göndərir.
Şimali Koreya Leadership Watch´un verdiyi xəbərə görə, o, Moskvaya nənəsini ziyarətə getmiş, təhsilini beynəlxalq məktəblərdə almış, 1988-ci il öz ölkəsinə qayıdana qədər Rusiya və İsveçrədə yaşamışdır.
Kim´in atasına bənzər bir şəxsiyyət olduğu bildirilir, və xalası tərəfindən "həssas və incəsənətə yaxın, istedadlı" biri olaraq təsvir edilmişdir. O, həmçinin Kim´ in 2000-ci ildə "atasının nailiyyət qazanmasını" istəmədiyini bildirirdi.
Kim 1995-ci ildən başlayaraq Yaponiyaya bir neçə gizli səfər etmişdir.
1998-ci ildə Kim Şimali Koreyanın İctimai Təhlükəsizlik Nazirliyində gələcək lider olaraq göstərilmişdir. O, həmçinin, informasiya texnologiyaları (İT) sənayesinin inkişafına cavabdeh olan Şimali Koreya Kompüter Komitəsinin rəhbəri təyin olundu. 2001-ci ilin yanvar ayında, atasını Şanxaya müşayiət etdi, burada Çinli rəsmi şəxslərlə IT sənayesi barədə görüşdü.
2001-ci ilin may ayında Kim, Narita Beynəlxalq Hava Limanına gəldikdən sonra Yaponiyada həbs olunur. O Yaponiya disneylendinə səfər etmək üçün, Çin ləqəbi Pang Xiong və Dominikan Respublikasına aid saxta pasportundan istifadə etmişdir. Bu hadisədən sonra o, Çinə departasiya olunur haradan ki o Yaponiyaya uçuş etmişdir. Atası bu utancverici hadisədən sonra Çinə nəzərdə tutulan səfərini ləğv etməyə məcbur qalır. Tokio hadisəsinə qədər Kimin atasından sonra ölkənin lideri olması gözlənilirdi. 2003-cü ilin sonundan Kim Çen Nam Makaoda yaşayıb.
Asahi Shimbun məlumatına görə, Kim Çen Nam, Münhendə qardaşı Kim Çen Çulu görməyə gedərkən, 2006-cı ilin iyul ayında Ferens List adına Budapeşt Beynəlxalq Hava Limanında sui-qəsd cəhdindən sağ xilas olmuşdur.
Cənubi Koreya televiziyası və Cənubi Çin Morning Post, 2007-ci ildə Kim Çen Namın Portuqaliya pasportu olduğunu bəyan etdi. Portuqaliya səlahiyyətliləri və Makao da Portuqaliyalı konsul Pedro Moitinho de Almeida, Kim´in belə bir sənədinin olmasına baxmayaraq, bunun saxta ola biləcəyini bildirdi.
2010-cu ilin sentyabr ayının sonlarında onun kiçik ögey qardaşı Kim Çen In mirasçı olaraq görüldü. Kim Çen İr vəfatından sonra 24 dekabr 2011-ci ildə Kim Çen In Şimali Koreyanın Ali Lideri elan edildi.
2011-ci ildə Yaponiya mediası Kim Çen Namın "sülalə varisliyinə" qarşı olduğunu bildirmişdi.
2012-ci il yanvar ayının 1-də məlumat verildi ki, 17 dekabr 2011-ci il tarixində Kim´ gizli şəkildə Makaodan Pxenyana uçmuşdur. Bu onun atasının ölüm xəbəri ilə bağlı idi.O, Kim Çen Ini müşayət edir, lakin bir neçə gün sonra baş tutacaq dəfn mərasiminə qatılmır və Makao'ya geri dönür.
Onun iki həyat yoldaşının , ən azı bir məşuqəsinin və 6 uşağının olduğu bildirilirdi. İlk həyat yoldaşı Shin Jong-hui Pekinin şimalında Dragon Villa adlanan bir evdə yaşayır. İkinci həyat yoldaşı Lee Hye-kyong və onların oğlu Han-sol, qızı Sol-hui Makaoda yaşayır. Kim´in məşuqəsi So Yong-la həmçinin Makaoda yaşayır. Onun bir neçə döyməsi var idi ki onlardan ikisi əjdaha təsviridir.
Kim Çen Nam, 2017-ci ilin fevralın 13-də qətlə yetirilib. Kim Çen Nam Malayziyanın Kuala-Lumpur aeroportunda üzünə tərkibində yüksək toksinli VX olan maye sıçradıldıqdan sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. BMT-nin təsnifatına görə VX maddəsi kütləvi qırğın silahı sayılır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.