![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/58/Kim_Jong-il_on_24_August_2011.jpg/640px-Kim_Jong-il_on_24_August_2011.jpg&w=640&q=50)
Kim Çen İrin titul siyahısı
From Wikipedia, the free encyclopedia
Şimali Koreyada Kim Çen İrin adının qarşısında müəyyən titullar istifadə olunur. O, 1994-cü ildən 2011-ci ilədək ölkə rəhbəri, KXDR dövlət müdafiə komitəsinin sədri, Koreya Əmək Partiyası MK-nin baş katibi olmuşdur. Başçının adı xüsusi şriftlə ya qalın, yada daha böyük hərflərlə qeyd olunur. Bu da öz növbəsində bu şəkildə yazılır "위대한 령도자 김정일동지께서<…>지적하시였다." (Böyük Rəhbər yoldaş Kim Çen İr əmr edirdi…)[1].
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/58/Kim_Jong-il_on_24_August_2011.jpg/640px-Kim_Jong-il_on_24_August_2011.jpg)
Titullar KƏP MK-də hazırlanır, onların adının çəkilməsi isə siyasi vəziyyətdən asılı olaraq dəyişir.
Analoji vəziyyət 1948–1994-cü illərdə KXDR-na başçılıq edən Kim Çen İrin atası Kim İr Senin dövründə də mövcud idi. Bəzi alimlər Şimali Koreya liderlərinin titullarının tam siyahısını toplamağa cəhd göstərmişdilər[2][3][4]. Aşağıda Kim Çen İrin titul siyahısı verilib.