məməli növü From Wikipedia, the free encyclopedia
Kiçik qonurdiş (lat. Sorex minutus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin qonurdiş cinsinə aid heyvan növü.
Kiçik qonurdiş | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Sinifüstü: Klad: Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Dəstə: Fəsilə: Yarımfəsilə: Soricinae Triba: Soricini Cins: Növ: Kiçik qonurdiş |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Azərbaycanda əldə edilmiş 68 fərdin kütləsi 2,5-5,7 qram, bədəninin uzunluğu 44,0-68,0 mm, quyruğu 30,2-40,8 mm, pəncəsi 8,6-12,2 mm olmuşdur. B.E.Sokolov və A.K.Tembotova görə (1989) Şərqi Zaqafqaziya heyvanları S.volnuchini ognev formasına aiddir.
Avropa, Asiya, Qafqazın meşə və meşə-çöl landşaftlarında yayılmışdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın meşə zonasında 900-2000 m hündürlükdə rast gəlinir.
Kolluqların arasında, çayların kənarında, arxların qırağındakı daş yığınlarında rast gəlinir. Ən yüksək sıxlığı d.s. 1000 - m-ə qədər hündürlükdə qeydə alınmışdır (Quba rayonu Təngəaltı kəndi və Şuşa rayonunun Keçəldağ ərazisində). Sığınacaq kimi müxtəlif təbii yerlərdən istifadə edərək quru bitkilərdən kürəşəkilli yumşaq yuva düzəldir.
7-8 aylığında cinsi yetkinliyə çatır. Çoxalma dövrü apreldən oktyabra qədərdir. Bu müddət ərzində dişilər hər birində 3-dən 8-ə qədər bala olan 2 nəsilverir. Əsas yemini cücülər (sərtqanadlılar və onların sürfələri, uzunburunlar, ağcaqanadlar, düzqanadlılar, yarımsərtqanadlılar, ikiqanadlar) və xırda onurğalılar (qurbağalar, kərtənkələlər, gəmiricilər və b.) təşkil edir. Gündüzə nisbətən çox vaxt alaqaranlıq vaxtı və gecə ova çıxırlar. Zərərli cücüləri və xırda gəmiriciləri məhv etməklə böyük təsərrüfat əhəmiyyəti daşıyır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.