From Wikipedia, the free encyclopedia
Ketrin Svinford (ing. Katherine Swynford) (d. 25 noyabr 1350 – ö. 10 may 1403) — İngiltərə kralı III Eduardın oğlu Lankaster hersoqu Gentli Conun üçüncü xanımı. O, nigahdan öncə hersoqla uzun illər məşuq həyatı yaşayıb. Cütlüyün rəsmi nigahdan sonra doğulan övladları hersoqun qardaşı oğlu II Riçardın səltənətində qanuni övlad statusu aldılar. Buna baxmayaraq hersoqun ilk evliliyindən doğulan oğlu Bolinbruklu Henrinin İngiltərə kralı olmasının ardından, Ketrin Svinfordun övladları və onların şəcərəsindən gələnlərin taxt hüququnun olmadığını elan etdi. Ancaq bu şəxslərin İngiltərə krallığı üzərindəki taxt hüququ IV Henrinin belə dəyişdirə bilməyəcəyi parlament qərarı ilə təsdiq edilmişdi.
Ketrin Svinford | |
---|---|
ing. Katherine (Catherine) Swynford | |
Əvvəlki | Kastilyalı Konstansa |
Sonrakı | Valualı Ketrin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 noyabr 1350 |
Doğum yeri | |
Vəfat tarixi | 10 may 1403 (52 yaşında) və ya 1403[1] |
Fəaliyyəti | governess[d] |
Həyat yoldaşları |
Hug Svinford Gentli Con |
Uşaqları |
Blanş Svinford Tomas Svinford Marqarit Svinford Con Byufort Henri Byufort Tomas Byufort Janna Byufort |
Ailəsi | Lankaster sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Ketrin Svinfordun övladları və onlardan törəyənlər Gül müharibəsi illərində mühüm rol oynayan Byufort ailəsinin əsasını qoydular. Belə ki, müharibənin sonunda 1485-ci ildə İngiltərə krallığını ələ keçirən VII Henri məhz Marqarita Byufortun oğlu idi. Marqarita Byufort isə Gentli Con və Ketrin Svinfordun nəticəsi idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.