Kerqelen dəniz pişiyi (lat. Arctocephalus gazella) — Cənub dəniz pişikləri cinsinə daxil olan növ (Arctocephalus).

Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Kergelen dəniz pişiyi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kergelen dəniz pişiyi
Beynəlxalq elmi adı
Bağla

Xariçi görünüşü və yayılması

Erkəklərin uzunluğu 190 sm, çəkisi 130 kq, dişilər isə 130 sm uzunluğa və 50 kq çəkiyə malik olurlar. Erkəklər boz-qəhvəyi rəngə malik olurlar. Dişilər qara rəngdə olsa da üzərlərində boz və ağ tüklərə malikdirlər.

Kerqelen dəniz pişiyi əsasən Antraktida ətafı ərazilərdə yayılmışdır. Onların koloniyalarına Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Makkuori adası, Buve adasıKergelen kimi adalarda rast gəlinir.

Adətən kerqelen dəniz pişiyi ilə Subtropik dəniz pişiyi bir-birindən ayrı yaşasalarda onlar Kroze və Şahzadə Eduard adaları ərazisində koloniya əmələ gətirirlər. Bəzən isə iki növün nümayəndələri bir-biri ilə çütləşirlər. Kerqelen dəniz pişiklərinə Odlu Torpaq arxipelaqı rast gəlinsədə koloniya əmələ gətirmirlər.

Sayları

XVIII əsrdə kerqelen dəniz pişiyinin sayı milyonlarla idi. 1790-cı ildən onların kütləvi ovuna başlanılır. Təncə 1800-cü ildə Cənubi Georgiya adasında 112-min baş ovlanılır. Cənubi Şetland adayarında 1819-cu ildə 400 min baş olduğu halda iki il ərzində onlar tamamən ovlanılır. 1830-cu ildə növ tamamən məhv edilmiş hesab edilirdi. Ancaq onların yaşayış arealının geniş olması növün məhv olma təhlükəsinin qarşısını almışdır.

1990-cı ildə onların sayı 1,6 milyon başı keçmişdir. Cənubi Georgiya adası istisna olmaqla əvvəlki arealında onların sayı cəmi 50 min baş təşkil edir.

Adlanması

Elmi gazella adı gəminin şərəfinə adlandırılıb. Bu gəmi ilə Kerqelen adasına gələn ekspedisiya Venera planetinin günəş ətrafında hərəkəti örgənilir. Bu gəmidə əraziyə gələn Vilhelm Peters bu növü ilk dəfə tətqiq etmişdir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.