Kenterberi hekayələri

From Wikipedia, the free encyclopedia

Kenterberi hekayələri

"Kenterberi Hekayələri"Cefri Çoserin şah əsəridir. Çoser əsəri yaradıcılığının III dövründə yazmağa başlamışdır. İngilis dilində yazılmış ilk əsərlərdən biridir. Əsər Kenterberidə yerləşən Saint Thomas Becket məbədinə doğru həcc ziyarətinə çıxan zəvvarların yol boyunca vaxt keçirmək üçün söylədikləri hekayələrdən ibarətdir. Əsər Cefri Çoserin ən məşhur əsəridir. Yazıçının bu hekayələri yazarkən daha əvvəl İtaliya ya səyahəti zamanı oxuduğunu bildirdiyi C.Bokaççonun "Dekameron" əsərindən təsirləndiyi və əsərdəki hekayələrlə "Dekameron"dakı hekayələrin bənzədiyi düşünülür. C.Çoser əslində 120 hekayə yazmağı nəzərdə tutmuş, lakin sadəcə 24 hekayə yazmışdır. Bu hekayələrdən dördü hələ də əksikdir. İkisi istisna olmaqla bütün hekayələr mənzum şəkildə yazılmışdır. Əsər proloqla açılır. Əsərin proloqunda Çoser oxucunu cəmiyyətin hər təbəqəsində mövcud olan 20 zəvvarın xarakteri, portreti ilə tanış edir.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.