Kentavr — qədim yunan mifologiyasında qurşaqdan yuxarı insan, qurşaqdan aşağı at kimi təsvir olunan məxluq. Daha çox kişi (erkək) obrazında qarşımıza çıxsa da, qadın (dişi) olan kentavrlar da vardır. Kentavrlar sürü halında yaşayırlar və oxatmada mahirdilər. Kentavrlara bir çox fantastik filmlərdə yer verilib.

Thumb

Haqqındakı nəzəriyyələr

Son dövrlərdə kentavr obrazının yaranması tarixçəsi haqqında çox maraqlı bir araşdırma aparılmışdır. Araşdırmalar nəticəsində yunanların kentavr obrazını at minmiş skif döyüşçüləriylə qarşılaşdıqdan sonra (adətən yunan döyüşçüləri piyada qoşunda toplaşırdı və yunanlar at minmirdilər) yaratdıqları qənaətinə gəlinmişdir. Belə ki, atı ilk dəfə əhliləşdirənlərin türk tayfaları olmasıyla yanaşı, həmçinin müxtəlif mənbələrdəki kentavr təsvirlərinin uzun, qıvrım saçlı və yaxşı ox atma qabiliyyətinə malik canlılar kimi verilməsi də diqqət çəkici faktlardır. Kentavrların ən məşhuru Evriton olub.

Mənbə

  • Z.Həsənov — Çar skifləri, Bakı, 1999
  • Q.Qeybullayev — Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1993

Həmçinin bax

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.