From Wikipedia, the free encyclopedia
Kaya ayıcası (lat. Arctia caja) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin ayıca cinsinə aid heyvan növü.
Kaya ayıcası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Pancrustacea Yarımtip: Sinif: Ranqsız: Dicondylia Yarımsinif: Budaq: Metapterygota İnfrasinif: Ranqsız: Eumetabola Dəstəüstü: Panorpida Ranqsız: Amphiesmenoptera Dəstə: Yarımdəstə: Klad: Coelolepida Klad: Myoglossata Klad: Neolepidoptera İnfradəstə: Heteroneura Klad: Eulepidoptera Klad: Ditrysia Klad: Apoditrysia Klad: Obtectomera Klad: Macroheterocera Fəsiləüstü: Noctuoidea Fəsilə: Yarımfəsilə: Arctiinae Triba: Arctiini Yarımtriba: Arctiina Cins: Növ: Kaya ayıcası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qanadları açılmış halda 65 – 68 mm-dir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, azacıq qırmızıya çalır. Üzərində sarımtıl-ağ rəngdə zolaqlar var. Qanadın zirvəsinə yaxın eninə yerləşən sarğı enli, ona birləşən və digər ucu qanadın daxiin kənarına doğru uzanan zolaq isə ensizdir. Buradan qanadın əsasına doğru uzanan zolaq qanadın əsasına birləşir və burada bir neçə yerə haçalanır. Arxa qanadlar açıq qırmızı rəngdədir, əsasına yaxın bir böyük qara ləkə, yanlarında isə iki kiçik qara ləkə vardır. Qanadın kənarında 1 kiçik, 2 böyük qara naxış yerləşir. Döşün üzəri ön qanadın rəngində tüklərlə örtülüdür. Qarıncığı arxa qanadın rəngindədir, qırmızıdır.
Avropa, Ön Asiya, Qafqaz, Orta Asiya, Qazaxıstan, Sibirdən Sakit okeanın sahillərinə qədər, Şimali Çin, Koreya, Tibet və Himalay, Yaponiya, Şimali Amerika, Azərbaycanda isə Quba-Xaçmaz, Şəki-Zaqatala bölgəsi, Lənkəran, Dağlıq Qarabağ və Naxçıvan MR-da yayılmışdır.
Dağətəyi və dağ meşələrinin açıqlığında, tuqay meşələrində. Həyat tərzi ətraflı öyrənilmişdir. Tırtılı müxtəlif yaşlarda qışlayır. Əsasən ot bitkiləri və bir çox kol bitkiləri ilə qidalanır. Tozağacı, söyüd, moruq, çiyələk, böyürtkən və çuğundura zərər verir. Kəpənəyi iyun, iyul və avqust aylarında uçur. 2 nəsil verir.
Azsaylıdır. Naxçıvandan 3 kəpənəyi tutulmuşdur.
Yaşadığı biotopların əkin üçün istifadə olunması, tuqay meşələrinin qırılması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.