![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/Hokusai_portrait.jpg/640px-Hokusai_portrait.jpg&w=640&q=50)
Hokusay
From Wikipedia, the free encyclopedia
Katsuşika Hokusay (葛飾 北斎?, 31 oktyabr 1760[2][3], Honco[d] və ya Edo[d][4] – 10 may 1849[5][3][…], Asakusa[d] və ya Edo[d][4]) — yapon ukiyo-e rəssamı, illüstrator, oymaçı. Əsl adı Tokitarodur, ən məşhur təxəllüsü "Hokusay" yapon dilindən tərcümədə "şimal studiyası" deməkdir.[6]
Hokusay | |
---|---|
葛飾 北斎 | |
![]() avtoportreti (1849). | |
Doğum tarixi | |
Doğum yeri | Edo (indiki Tokio) |
Vəfat tarixi | |
Vəfat yeri | Edo (indiki Tokio) |
Həyat yoldaşları |
|
Fəaliyyəti | rəssam, ksiloqraf[d], illüstrasiyaçı[d], incəsənət xadimi, qrafika ustası[d], rəssam-qravüraçı[d], dizayner, memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı, boyakar[d] |
Janrlar | ukiyo-e[1], portret[1] |
Stil | ukiyo-e |
Tələbələri | II Katsuşika Tayto[d], Yaşima Qakutey[d], Numata Qessay[d] |
Təsir edib | impressionizm |
![]() |
|
![]() |
Hokusay antologiyalar, erotik kitablar, rəsm albomları, əllə rənglənən kitablar və tarixi romanlar kimi bir çox fərqli növdə iş hazırlamışdır.[6] Əsərlərinin böyük hissəsini 60 yaşından sonra çəkmişdir.[6] O, Asiya tərzi iki ölçülü perspektiv anlayışını buraxıb, Qərb tərzində olan rəsmlərdə gördüyü yeni perspektiv texnikasını mənimsəmiş, rəmslərini bu texnika ilə hazırlamağa başlamışdır.[6] Dünyanın qalan hissəsindən izolyasiya olmuş Yaponiyada ənənəvi rəsm texnikasından çox fərqlənən bu yeni rəsm texnikasını dövrün Yaponiyasında inqilabi dəyişiklik kimi görülmüş, Hokusayın Qərb dünyasında tanınmasında rol oynamışdır.[6]
Hokusayın əsərləri Vinsent Van Qoq kimi bir çox sənətkara ilham mənbəyi olmuş, onun 75 yaşında çəkdiyi 3 cildlik "Fuci dağının 100 görünüşü" kitabı Avropa incəsənətində təsir göstərmişdir.[6] Həyatı boyunca 30 mindən çox əsər işləmişdir.[6]