italyan rəssam Mikelancelo tərəfindən 1506-cı ildə çəkilmiş, amma daha sonra itmiş rəsm əsəri From Wikipedia, the free encyclopedia
Kaskina döyüşü (it. Battaglia di Cascina) — italyan rəssam Mikelancelo tərəfindən 1506-cı ildə çəkilmiş, amma daha sonra itmiş rəsm əsəri.
Kaskina döyüşü | ||
---|---|---|
Battaglia di Cascina | ||
| ||
Rəssam | Mikelancelo | |
Tarixi | 1505-1506 | |
Üslubu | freska | |
Ölçüləri | 77 sm × 130 sm | |
Sifarişçi | Pyero Soderini | |
Vəziyyəti | itib | |
Saytı | wga.hu/html/s/sangallo/b… | |
Vikianbarda əlaqəli mediafayllar |
Mikelancelo bu əsəri yaratmaq vəzifəsini Florensiya dövlət adamı Pyero Soderini tərəfindən almışdır. Bu əsərin Köhnə sarayda Sinqusento divarında freska şəklində olacağı düşünülmüşdür. Əsərin qarşı divarınında isə Leonardo da Vinçi Anqiori döyüşünün rəsm etməli idi. İki döyüş də orta əsrlərdə Florensiyanın qazandığı ən əhəmiyyətli döyüşlər idi. Kaskina döyüşü 28 iyul 1364-ci ildə Florensiya ilə Piza arasında baş vermişdir və Florensiyanın qələbəsi ilə başa çatmışdır. Döyüş zamanı minlərlə pizalı öldürülmüş və 2000 əsir alınmışdır.
Mikelancelo bu əsərini heç vaxt tamamlaya bilməmişdir, əvəzində üzərində kopiyaları olan kartonlar yaratdı. Kartonlar bir çox rəssam tərəfindən kopya edildi. Ən məşhur kopiyası şagirdi Sanqallonun idi. Mikelancelonun əsərə hazırlıq rəsmləri də günümüzə qədər çatmışdır. Mikelancelonun bioqrafiki Corci Vasariyə görə əsər Mikelancelonun rəqibi Bartolommeo Bandinelli tərəfindən qısqanclıq səbəbindən təxrib edilmişdir.
Mikelancelo savaş səhnəsinin başlanğıcını Piza orusunun hücumları və Florensiya ordusunun heyrətlənməsi ilə təsvir etmişdir. Piza ordusunun hücum sədalarına cavab olaraq Florensiya əsgərlərinin Arno çayında çıplaq üzdüklərini rəsm etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.