Karpentariya körfəzi
From Wikipedia, the free encyclopedia
Karpentariya körfəzi (ing. Gulf of Carpentaria) — Avstraliya materikinin şimal-şərq hissəsində, Arnhem torpağı ilə Keyp York yarımadası arasında yerləşən körfəz. O, Arafur dənzinin Avstraliya materikinin iç hissəsinə düzbucaqlı uzanmış dayaz davamıdır. Əsrlərdir istifadəsiz olan körfəz XX əsrin sonu XXI əsrin əvvəllərində boksit, manqan və böyük dəniz xərçəngləri ehtiyatlarının istismar edilməsi ilə əlaqədar olaraq beynəlxalq əhəmiyyət kəsb etməyə başladı. Körfəzin ümumi sahəsi 310,000 km², ən dərin yeri isə 70 m-dir.[1] . Lakin, bəzi mənbələrdə körfəzin ən dərin yerinin 82 metrdən artıq olmadığı, sahəsinin isə 300,000 km² olduğu vurğulanır.[2] Karpentariya körfəzi müasir dövrün ən nadir epikontinental (materikin üst tərəfində yerləşən dayaz dəniz) körfəzlərdəndir. Belə körfəzlər Yerin geoloji tarixinin erkən dövrlərində geniş yayılmışdır.
Karpentariya körfəzi | |
---|---|
ing. Gulf of Carpentaria | |
Ümumi məlumatlar | |
Tip | körfəz |
Sahəsi | 300 000 km² |
Dərin yeri | 69 m |
Yerləşməsi | |
14° c. e. 139° ş. u. | |
Ölkə | Avstraliya |
Akvatoriyası | |
Vikianbarda əlaqəli mediafayllar |