Karib böhranı və ya digər adı ilə Kuba raket böhranı — SSRİ ilə ABŞ arasında ABŞ-yə məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq Sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində 16–28 oktyabr 1962-ci il tarixləri aralığında meydana gələn gərginlikdir. Bu qarşıdurma Soyuq müharibə ərzində genişmiqyaslı nüvə müharibəsinin başlamasına yol açacaq ən yaxın münaqişə olaraq da tanınır. Kubalılar bu böhranı "oktyabr böhranı" adlandırırlar (SSRİ-də baş verən oktyabr inqilabı ilə eyniləşdirmək istəyi olaraq). ABŞ-də "Kuba raket böhranı" (ing. Cuban missile crisis) terminindən istifadə olunur.
Soyuq müharibə dövrü çəkişmələrin kifayət qədər qızdığı və bir mənada yer üzünün nüvə fəlakətindən döndüyü Karib böhranı, şübhəsiz dünya siyasi tarixinin yaxın dövrdə baş verən vacib hadisələrindən biridir.
Cəld faktlar Tarix, Yeri ...
Karib böhranı |
---|
Soyuq müharibə |
Sovet İttifaqına məxsus nüvə başlığına sahib ballistik raket |
Tarix |
16–28 oktyabr 1962-ci il (Kubanın dəniz blokadası 20 noyabrda başa çatdı) |
Yeri |
Kuba |
Nəticəsi |
• Sovet İttifaqına məxsus nüvə raketləri Kubadan çıxarıldı • ABŞ-yə məxsus nüvə raketləri Türkiyə və İtaliyadan çıxarıldı • Birbaşa provokasiya olmayacağı təqdirdə ABŞ-nin heç vaxt Kubanı işğal etməyəcəyinə dair Sovet İttifaqı ilə ABŞ arasında razılaşma əldə olundu • ABŞ və Sovet İttifaqı arasında "nüvə qaynar xətti" yaradıldı |
|
|
Yoxdur
|
1 ədəd U-2 kəşfiyyat təyyarəsi itirildi 1 ölü
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla