Kari gölü
From Wikipedia, the free encyclopedia
Kari gölü (erm. Քարի լիճ, Kari-liç) — Yüksəklikdə yerləşən dağ gölü, Ermənistan ərazisində yerləşir. Alagöz dağının ətəklərində qərarlaşır. Əsasən qar suları ilə qidalanır. Qışda tamamən buzla örtülü olur. Yüksək dağ qurşağında yerləşməsi bunu labüd edir. Dəniz səviyyəsindən 3207 metr yüksəklikdə, dağ zirvələri arasında qərarlaşır. Gölün sahil xəttinin uzunluğu 1150 metrdir. Maksimal dərinliyi 8 metr, gölün sahəsi 30 ha-dır. Gölün su tutumu 357 min km² təşkil edir[1][2]. Göl buzlaq məşəllidir. Buzlağın ekzarasiya fəaliyyəti nəticəsində yaranmışdır. Gölə Babakişi kəndindən asfalt yolla gəlmək olar (Kənd tarixi Azərbaycan torpağıdır. Buraya ermənilər sonradan Türkiyə ərazisindən köçürülmüşlər). Gölün şərq sahilində meteroroloji stansiya fəaliyyət göstərir.
Karı gölü | |
---|---|
erm. Քարի լիճ | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1 896 m |
Sahil uzunluğu | 1,15 km |
Sahəsi |
|
Həcmi | 0,357 hm³ |
Dərin yeri | 8 m |
Yerləşməsi | |
40°28′24″ şm. e. 44°10′51″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | |
Yerləşməsi | Kiçik Qafqaz |
Vikianbarda əlaqəli mediafayllar |