Kapitoli (təpə)
From Wikipedia, the free encyclopedia
Kapitoli (lat. Capitolium, Capitolinus mons, it. il Campidoglio, Monte Capitolino) — Qədim Romanın yerləşdiyi 7 təpədən biri. Bu təpə Romanın salınması haqda əfsanəyə görə bu cür yaradılıb. Əfsanəyə görə,latın şəhərlərindən birinin şahı öz qardaşı qızının əkiz oğlanların, Romul və Remi Tibr çayına atmağı əmr edir. Lakin Tibr çayı daşdığından uşaqların olduğu səbət ağaca ilişir və uşaqlar sağ qalır. Uşaqları bir dişi canavar tapır və süd ilə bəsləyir. Sonra uşaqları bir çoban tapır və böyüdür. Uşaqlar cəsarətli döyüşçüyə çevrilir. Sonra şaha qarşı üsyan edib onu öldürürlər. Bundan sonra oğlanlar burda şəhər salmaq qərarına gəlir.Lakin onlar arasında mübahisə olur və Romul Remi öldürür. Sonra Romul burada şəhər salaraq adını öz adına uyğun olaraq Roma adlandırır. Romalılar il hesabını öz şəhərləri salındığı ildən,yəni e.ə 753-cü ildən hesablayırlar. Romada Kapitoli təpəsində dişi canavarin heykəli qoyulub.