From Wikipedia, the free encyclopedia
Kanda çayı (神田川, Kandaqava?) — Paytaxt Tokio regionunun ərazisindən axan, Yaponiyada yerləşən çay. Rəsmən I dərəcəli çay kimi təsnif edilir. Sumida çayının sağ qolunu əmələ gətirir. Çayın uzunluğu 24,6 kilometrə bərabərdir. Suaşıran hovuzun sahəsi 105 km²-ə bərabərdir.
Kanda çayı | |
---|---|
ja/神田川 | |
| |
Ölkə | Yaponiya |
Mənbəyi | İnokaşira parkı |
Mənsəbi | Sumida |
Uzunluğu | 24,6 km |
Hövzəsinin sahəsi | 105 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəllər Hirakava adlandırılan Kanda çayı indiki Marunouçi və Hibiya rüblərinin ərazisindən keçir. Hibiya körfəzinə tökülərək Nihombaşi çayının indiki qolunun ətraflarından cənuba doğru axırdı. O zaman Hirakava çayı Toyoşima və Ebara rayonlarının arasında təbii sərhəd rolunu oynayırdı.
1590-cı ildə Edoda məskən salmış Tokuqava İeyasu Hirakava çayının sahillərini bərkitdi. Şəhəri içməli su ilə təmin etmək lazım idi. Sahilboyu quyular əhalini təmiz su ilə təmin edə bilmirdi. Bunun üçün Kanda-cyosui su təmininin sistemi qaydaya salınmışdı. Polad mənbələri İnokasira, Cempukuci və Myosyodzi gölləri ilə əlaqələndirmişdi. Xirakava sahillərinin bərkidilməsi nəticəsində Dzempukudzi çayı Myosyoci gölü ilə birləşdi və yuxarı hissəsi müasir halını aldı. Kanda-cyosui çayın əsas axınından Meciro boğazını yaratdı və Koyşikava və Honqo rüblərini su ilə təmin etdi.
Tokionun İmperator sarayının xarici xəndəyi Kanda çayına birləşir.
Hihombaşi çayı (日本橋川) — Kanda deltasının qoludur.
Güclü tufanlardan və ya bol yağışlardan sonra suyun artıqlarının saxlanılması üçün yeraltı budaq kanalının tikintisi 80-ci illərdə başlanmışdır. Birinci seksiya uzunluğu 2 kilometr olmaq şərtilə 1997-ci ildə bitirilmişdi. Kanal 240.000 kub metr su üçün hesablanmışdır. Saat ərzində 50 millimetr yağış düşən zaman kanal işləməyə başlayır. Kanal faktiki olaraq əsas yolların altında çəkilmiş bir böyük tuneli xatırladır. 4,5 kilometr uzunluqlu (13 m diametrdə) kanal Yer Kürəsi səviyyəsində 40 m dərinlikdə yerləşmişdir.[1]
"Kaquyahime" folklor qrupu "Kandaqava" adlı mahnı buraxmışdır.
Keyko Sekine (Takaxasi) və Masao Kusakari "Kandaqava" mahnısına əsaslanan filmdə baş rolları oynamışdır.
Yapon pianoçusu Nobuyuki Sudzii "Çayın pıçıltısı" (川のささやき) adlı musiqi əsərini bəstələmişdir. Kanda çayı boyunca gəzintidən sonra o, öz atasına öz sevgisini bildirir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.