Kamanets qülləsi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kamenets qülləsi (belar. Камянецкая вежа) — Belarusiyanın Kamenets şəhərində tarixi qüllə. Qüllənin digər adı olan, belaruscada Ağ Qüllə və ya Ağ Qala mənasını verən Белая вежа ifadəsi ehtimal ki, qüllənin Belavejskaya Puşça meşəsinə yaxınlığından irəli gəlir, lakin bu söz qalanın əsrlər boyu kərpicdən qırmızı rəng almış və hüç vaxt ağ olmamış rəngilə heç bir əlaqəsi yoxdur.[1]
Kamanets qülləsi | |
---|---|
52°24′17″ şm. e. 23°49′10″ ş. u.HGYO | |
Ölkə | |
Üslubu | roman memarlığı, qotika |
Hündürlüyü | 31 m |
Material | kərpic |
Vikianbarda əlaqəli mediafayllar |
Qalanın bünövrəsi haqqında ilk qeyd 1276-cı ilə aiddir. Memar Oleksa tərəfindən 1271–1289 arasında Volhynia Knyazlığının şimal sərhədində bir sərhəd qalası olaraq inşa edilən qüllə, Belarusiyada bu günə qədər qalan yeganə belə qüllədir.[2] Bunaoxşar qüllələr Brest, Qrodno, Turav və Novoqrudokda da inşa edilmiş, lakin müharibələr zamanı məhv edilmişdir.
Qüllə bu gün milli bir tarixi məkandır. Liasnaya çayına baxan kiçik bir yüksəkliyin üstündə dayanan qüllə bu gün Kamenetsin əsas əlamətidir. 1960-cı ildən bəri burada Brest regional muzeyinin bir filialı yerləşir. 30 yanvar 2004-cü ildə ərazi UNESCO-nun Ümumdünya irsi kateqoriyasında Müvəqqəti siyahısına əlavə edildi.[3]
Memar Oleksa Volinya knyazlığının şimal sərhəddində sərhəd qalasının inşası üçün Liasnaja çayının daşlı dik sahilində əlverişli bir yer tapılır. Volinya knyazı Vladimir Vasilkoviç məkanı bəyənir və Oleksaya burada qala tikmək göstərişi verir.
Qala qapalı bir tikili olaraq tikilmişdir. Bir çox Avropa qalaları kimi, şimal tərəfində bir çəmənlik və çayla əhatə olunmuş yüksəlmiş hündürlükdə böyük bir dairəvi qüllə (mott) və 1903-cü ildə tamamilə yıxılmış bitişik bir qüllə (beyli) var idi. Bu növ mott və beyli qalaları X–XI əsrlərdə Reyn və Luara çayları arasında meydana gəlmişdi və nəticədə Qərbi Avropanın əksər hissəsinə və hətta indiki Belarus ərazisinə yayılmışdır. İçərisində 5 səviyyəli xidmət və yaşayış otaqları olan qırmızı kərpic qülləsi əslində Fransa və İngiltərədə 16-cı əsrə qədər çox yayılmış bir donjon idi. Qüllənin hündürlüyü 30 metr (98 ft), qüımızı kərpicdən hörülmüş divarlarının qalınlığı isə təxminən 2.5 metr (8.2 ft)-dir.
Qala tamamilə kərpicdən inşa edilmişdir, bu da onu özünəməxsus edir. Kərpic tikintisi Avropanın bu hissəsində orta əsrlərin sonlarına qədər nadir hallarda istifadə olunurdu, çünki o günlərdə kərpic istehsalı baha başa gəlirdi. XVI əsrə qədər istehkam, kilsə və monastırlarda əsasən daş üstünlük təşkil edirdi və yalnız xarici hissənin bir hissəsi kərpicdən tikirdilər. Qala 13-cü əsrin sonu–14-cü əsrin əvvəllərində kərpicdən geniş istifadə olunan Qərbi Avropa memarlığından təsirlənmişdir.
Aşağı səviyyədəki dar boşluqlardan fərqli olaraq, yuxarı mərtəbədəki dar pəncərələr və nişlər Belarusiyada erkən Qotik memarlığının əla bir nümunəsidir. Pəncərələrin açıldığı yerlər və nişlər sıvalanmışdır. Pəncərələr mühasirələr zamanı zadəganların yaşadığı mənzillərə işığın daxil olmasına icazə vermək üçün hazırlanmışdı. Şüşə pəncərələr Qotik memarlığına başqa bir töhfə idi. Görünən odur ki, sakinlər özlərini evdə saxlamağa can atırdılar. Qalanın yuxarı hissəsi iri dişli çıxıntılar və kərpic üzərindəki səth bəzədilməsi ilə təchiz olunub.
Binanın kərbic hörgüsü özünəməxsus bir düzülüşə malikdir: hər sırada 2 şaquli və 1 üfüqi kərpicdən ibarətdir. Xaricdəki bəzi kərpiclər yerli kəndlilər tərəfindən zədələnmiş və ya sökülmüş, qala ətrafında arxeoloji qazıntılar aparılarkən 1903-cü ildə yenidən təmir edilmişdir. İş üçün 10 min kərpicdən istifadə edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.