Kaliforniya qızıl hərisliyi
Kaliforniyada CE 1848-ci ildən 1855-ci ilə qədər qızıl hücumu / From Wikipedia, the free encyclopedia
Kaliforniya qızıl hərisliyi — 1848-ci il yanvar ayının 24-də ştatın paytaxtı olan Sakamento yaxınlığında başlayıb. Həmin gün taxta zavodunun su hovuzunu Ceyms Vilson Marşal Amerikan çayı sahilində qızıla oxşar nəsə tapır. Metalın azot turşusu ilə yüngülvarı yoxlanışı göstərir ki, Marşalın əlində saxladığı metal noxud boyda yüksək əyarlı qızıl dənələridir. Taxta zavodunun sahibi isveçrəli mühacir və qızılaxtaran sahibkar qızılaxtaranların əraziyə gəlişini qarşısını almaq üçün bu tapıntını gizlətməyə çalışır. Lakin onların bütün cəhdləri nəticəsiz qalır, kəşfi yalnız bir həftə sirr olaraq saxlamaq mümkün olur.[1][2] Kəşf xəbəri yayılan kimi, ABŞ-nin digər ştatlarından və xaricdən təqribən 300.000 insan Kaliforniyaya gəldi.
Cəld faktlar Tarix, Başlama tarixi ...
Kaliforniya qızıl hərisliyi | |
---|---|
Tarix | 1855 |
Başlama tarixi | 24 yanvar 1848 |
Bitmə tarixi | 1854 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla