Kabrera Arxipelaqı Milli Parkı
From Wikipedia, the free encyclopedia
Kabrera Arxipelaqı Milli Parkı (isp. Parque Nacional Marítimo-Terrestre del Archipiélago de Cabrera; kat. Parc Nacional Maritimoterrestre de l'Arxipèlag de Cabrera) — İspaniyanın Balear adaları muxtar birliyinin (isp. Islas Baleares; kat. Illes Balears) tərkib hissəsi olan Kabrera arxipelaqını əhatə edən milli park. Milli parkın sahəsi 100 km2-dir, amma sahəsinin 87 km2-lık hissəsi Aralıq dənizinin sularıdır. Buna görə də həm də dəniz milli parkıdır. Uzaqlığına görə milli parkın ziyarətçiləri azdır. Kabrera Arxipelaqı Milli Parkının daimi əhalisi yoxdur, lakin burada 100-ə yaxın milli park işçisi fəaliyyət göstərir.
Kabrera Arxipelaqı Milli Parkı | |
---|---|
isp. Parque Nacional Marítimo-Terrestre del Archipiélago de Cabrera kat. Parc Nacional Maritimoterrestre de l'Arxipèlag de Cabrera | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 100 km2 ha |
Mütləq hündürlüyü | 172 m |
Yaradılma tarixi | 29 aprel 1991 |
Ziyarətçi sayı | 2007 |
Yerləşməsi | |
39°09′00″ şm. e. 2°57′00″ ş. u. | |
Ölkə | İspaniya |
Vilayət | Balear adaları |
reddeparquesnacionales.mma.es/… | |
Vikianbarda əlaqəli mediafayllar |
Arxipelaq böyük təbii dəyərə malikdir. İzolyasiya olunmuş vəziyyətinə görə, arxipelaq demək olar ki, toxunulmamış qalmışdır. Kabrera arxipelaqının sahilləri İspaniyanın, hətta Aralıq dənizinin ən yaxşı qorunmuş sahilləri hesab olunur. Adalarda xeyli dəniz quş koloniyası vardır, burada endemik quş növləri aşkarlanmışdır. Quş növlərinin zənginliyinə görə milli park həm də Quşlar Direktivi tərəfindən "Xüsusi mühafizə bölgəsi" statusu qazanmışdır. Həmçinin Kabrera Arxipelaqı Milli Parkı "Natura 2000" layihəsi çərçivəsində "Cəmiyyət əhəmiyyətli yer" elan olunmuşdur. Milli park Barselona konvensiyasına görə "Aralıq dənizinin xüsusi qorunan ərazisi" statusu almışdır.
Uzaqlığına baxmayaraq, adalar inzibati cəhətdən Palma şəhərinin tərkibindədir.