From Wikipedia, the free encyclopedia
Kərim Əbdül-Cabbar orijinal adı ilə Kareem Abdul Jabbar (əsl adı: ing. Ferdinand Lewis Alcindor Jr.; 16 aprel 1947[2][3][…], Nyu-York, Nyu-York ştatı, ABŞ[2][4][…]) — məşhur amerikalı basketbolçu, NBA tarixində ikinci ən çox xal qazanan oyunçu.
Milli Basketbol Assosiasiyası komandalarından Miluoki Baks, Los-Anceles Leykersdə 20 mövsüm forma geyinib. Mərkəz mövqedə olan Kərim Əbdül-Cabbar karyerasında NBA ilin ən yaxşı beş komandası və NBA ən yaxşı müdafiə komandasına girməyi bacardı. 6 dəfə NBA çempionu, 6 dəfə NBA Ən Dəyərli Oyunçu Mükafatı, 19 dəfə NBA ulduzuna layiq görülüb. 6 çempionluğun ardından müəllim olduğu komanda iki dəfə NBA çempionu olmuşdur. 1996-cı ildə NBA Tarixinin ən yaxşı 50 oyunçusu sırasına daxil olmuşdur. NBA müəllimi Pat Riley və basketbolçu Ayzes Tomas ilə Culis İrvinq, Əbdül-Cabbarı tarixdəki ən yaxşı basketbol oyunçusu olduğunu deyirlər[6][7][8][9][10].
İllərin ən yaxşı basketbolçusu hesab edilən Əbdül-Cabbar, Los-Anceles Kaliforniya Universitetində 1965–89-cu illərdə 5 nömrədə mərkəz pozisiyada oynamışdır. Karyerasında 38.387 top vurmuşdur. Bu NBA tarixində basketbolçunun karyerasında basketbolçunun vura biləcəyi ən yüksək hesabdır[13].
NBA-da 20 mövsüm iştirak etdikdən sonra, 1989-cu ildə basketboldan ayrılıb, yazıçılığ, aktyorluğa və basketbol müəllimliyinə başlamışdır[14][15].
Həmçinin Əbdül-Cabbar, Brüs Lidən döyüş üçün dərslər almışdır[18][19].
1975-ci ildə Los-Anceles Leykersə gedən basketbolçu, komandaya 1979-cu ildə Maqiç Consonun daxil olması ilə bərabər NBA-da qalib olmuş, 6 çempionluqdan sonra basketbolu buraxmışdır[22][23].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.