Kəpəz PFK-nın baş məşqçilərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Aşağıda "Kəpəz" Peşəkar Futbol Klubunun baş məşqçilərinin və onların əsas nailiyyətlərinin siyahısı təqdim edilmişdir.[Qeyd 1][Qeyd 2] Klubun hal-hazırkı baş məşqçisi 2023-cü ildə Azər Məmmədovu əvəzləmiş Adil Şükürovdur.
1959-cu ildə "Tekstilşik" (Toxucu) adı ilə yaranan komandanın ilk baş məşqçisi, bakılı, "Neftyanik"in sabiq müdafiəçisi Valentin Xlıstov olub. SSRİ dövründə komandanın ən uğurlu baş məşqçisi Vladimir Şuvalov hesab olunur. Məhz onun rəhbərliyi altında komanda 1965-ci ildə İkinci liqanın qalibi olaraq Birinci liqaya, 1967-ci ildə isə Birinci liqanın qalibi olaraq Yüksək liqaya vəsiqə qazanmışdır.
Müstəqillik dövründə "Kəpəz"in ilk baş məşqçisi, klubun keçmiş hücumçusu Şahmir Hüseynov olub. "Kəpəz" ən böyük uğurlarını 1993-2003-cü illərdə klubun baş məşqçisi olmuş Mehman Allahverdiyevin rəhbərliyi altında qazanıb. Gəncə təmsilçisi bu dönəmdə 3 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.