Kəpənəklər
From Wikipedia, the free encyclopedia
Kəpənəklər (lat. Rhopalocera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan yarımdəstəsi.
Kəpənəklər müxtəlif böyüklükdə olur. İki cüt pərdəşəkilli qanada malikdir. Ən səciyyəvi xüsusiyyətlərindən biri qanadlarının müxtəlif rəngli pulcuqlarla örtülü olmasıdır. Onları əlvan edən bu pulcuqlardır.
Yetkin fərdlərdə ağız sorucu, tırtıllarda isə gəmiricidir. Əksəriyyəti çiçək şirəsi (nektarı) ilə qidalanır. Kəpənəklərdə duyğu orqanları, xortum, gözlər və bığcıqlar yaxşı inkişaf etmişdir. Gözləri əksərən fasetlidir.
İstənilən yerdə tək-tək və ya topa halında yumurta qoyurlar. Yumurtaları müxtəlif böyüklükdə və rənglərdə olur. Cücülər sinfində yalnız kəpənəklərin sürfələri tırtıl adlanır.
Kəpənəklərin qanadları üzərində yüksək və aşağı tondakı səsləri fərqləndirə bilən qulaqları var. Beləliklə yaxınlarındakı quşları və digər canlıları hiss edə bilirlər. 1912-ci ildə ilk dəfə kəpənək qulaqları təsbit edilənə qədər alimlər kəpənəklərin qulaqlarının olmadığını sanırdılar, lakin inkişaf edən araşdırma texnikaları ilə, kəpənəklərin əslində çox həssas qulaqlara sahib olduqları təsbit edildi.İngiltərə Bristoldan tədqiqatçı Kathleen Lucas tərəfindən aparılan yeni bir araşdırma nəticəsinə görə, Mavi Morpho adı verilən (Morpho peleides) bir kəpənək növünün qanadlarının aşağı tərəfində, maraqlı və qəribə görünüşlü bir cüt timpanal membran (eşitmə pərdəsi) təsbit edildi. Səs dalğaları bu pərdələrə çatdıqda əmələ gətirdikləri titrəşmələr, sinir xəbərdarlıqlarına çevrilərək dərhal yaxınındakı eşitmə orqanlarına çatdırılır. Bu xəbərdarlıqlar sinir hüceyrələri tərəfindən alınır.
Kəpənəklərin qanadlarında olan bu səs qəbul edici orqanlar, aşağı tondakı səslərə daha çox həssasdırlar. Yüksək və aşağı tondakı səsləri fərqləndirə bilmələri sayəsində ətraflarındakı təhlükələri asanlıqla qəbul edə bilirlər, məsələn bir quş hücumuyla qarşı-qarşıya qalmadan quşun qanad çırpmasıyla yaranan aşağı tondakı səsləri hiss edə bilirlər.
Kəpənəklər quşun ötməsi ilə yaranan yüksək tondakı səslərdən, quşun hələ hücuma keçmədiyini, amma onun diqqətini çəkməmək üçün qanadlarını bağlı saxlayaraq özünü kamuflyaj etməsi lazım olduğunu anlaya bilirlər.
![](http://upload.wikimedia.org/wikipedia/commons/8/85/Stamps_of_Azerbaijan%2C_2010-910.jpg)